Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə konyak və şərab istehsalı artıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda bir sıra məhsulların istehsalı artıb

Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkədə tütün məmulatlarının istehsalında 2,5 dəfə, içki istehsalında 10,6 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 4,0 dəfə, üzüm şərabının istehsalı 39,8 faiz, alkoqolsuz içkilərin istehsalı 22,5 faiz, kolbasa məmulatlarının istehsalı 2,6 faiz, cem və marmeladların istehsalı 0,3 faiz artıb.

Bununla yanaşı, duru bitki yağlarının istehsalı 11,5 faiz, qənd və şəkər tozu istehsalı 16,6 faiz azalıb.

Qeyd edək ki, bundan əvvəl Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda şərab və alkoqollu içkilərin minumum qiymətlərinin müəyyənləşdirilməsini təklif edib:

"Bizim gözəl şərab zavodlarımız var. Onların mütəxəssisləri deyirlər ki, bizdə maya dəyəri 5-6 manata başa gələn şərabı şadlıq evlərində bizim markanın adı altında 3 manata qoyurlar. Həmin şərablar da şadlıq evlərinin zirzəmisində hazırlanıb. Bu mənada onlara minimum qiymət, maya dəyərindən yuxarı qiymət qoyulmalıdır ki, həmin zavodlar da öz məhsullarını sata bilsinlər. Bu qiymət müəyyənləşərsə, büdcəyə də vergi ayırmaları artar".(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar