Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

143 manatla bir ay müddətində normal yaşamaq mümkündür? – Sosioloq açıqladı

Sosioloq: “Ünvanlı sosial yardım məsələləri ilə məşğul olan adamların hamısı tez bir zamanda varlanıb”

“143 manat bir ay müddətində bir adamın normal yaşaması üçün kifayət deyil. Çünki indiki vaxtda xərclər daha çoxdur və ailə büdcəsi üçün də 143 manat aşağı məbləğdir”.

Bu sözləri gələn il üçün yaşayış minimumunun 143 manat səviyyəsində müəyyən edilməsini şərh edərkən sosioloq Əhməd Qəşəmoğlu PİA.az-a açıqlamasında deyib.

2019-cu il üçün yaşayış minimumu dəyişib. Belə ki, gələn il üçün yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib.

Qanun layihəsi barədə millət vəkili Hadı Rəcəbli məlumat verib. Millət vəkili bildirib ki, yaşayış minimumu həm də ünvanlı sosial yardımın müəyyən edilməsi üçün əsas təşkil edir.

“Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq”- Hadı Rəcəbli deyib.

Spiker Oqtay Əsədov isə bu qanun layihəsinə gələn il yenidən baxılmasını təklif edib:

“Hörmətli Samir müəllim, ehtiyac meyarına gələn il baxmaq lazımdır. Həm də “Yaşayış Minimumu haqqında qanuna” da baxılmalıdır. Hər il bu məsələni müzakirə edirik, gələn il artıq baxmaq lazımdır”.

143 manat bir ay müddətində bir adamın normal yaşaması üçün kifayətdir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib.

Əhməd Qəşəmoğlu: “Hadı Rəcəblinin bu fikrini tələsik, nəyinsə xatirinə deyilmiş söz hesab edirəm”.

143 manatın bir ay müddətində bir adamın normal yaşaması üçün kifayət etmədiyini vurğulayan sosioloq Əhməd Qəşəmoğlu PİA.az-a açılamasında əlavə edib ki, eyni zamanda nəzərə alınmalıdır ki, həmin minumum əmək haqqı ilə təqaüdçülər də yaşamalıdır:

“Düşünürəm ki, 143 manat bir ay müddətində bir adamın normal yaşaması üçün kifayət deyil. Çünki indiki vaxtda xərclər daha çoxdur və ailə büdcəsi üçün də 143 manat aşağı məbləğdir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin minumum əmək haqqı ilə təqaüdçülər də yaşamalıdır.

Apteklərdə dərmanın qiymətin soruşanda məlum olur ki, bir dərmanın qiyməti kifayət qədər yüksəkdir. Yaşlı təqaüdçülər də 143 manata nə müalicələrin edə bilirlər, nə də dərmanlarını ala bilirlər. Bu il ictimai nəqliyyatda gediş haqqı da 50% qalxıb və təbii ki, bu da kasıb insanların büdcəsinə ciddi ziyan vurub.

Hadı Rəcəbli mətbuata deyib ki, 143 manatla çox yaxşı yaşamaq olar. Mən Hadı Rəcəblinin bu fikrini tələsik, nəyinsə xatirinə deyilmiş söz hesab edirəm. Bir daha qeyd edim ki, 143 manat normal yaşamaq üçün az məbləğdir”.

Həmçinin sosioloq Əhməd Qəşəmoğlu ehtiyac meyarına edilən dəyişiklilərə əsasən 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanının yaradılması ilə bağlı da sualımıza cavab verib.

Bu rəqəmin böyük, yoxsa normal olduğu sulımıza cavab olaraq sosioloq bildirib ki, ünvanlı sosial yardımlarla bağlı bir neçə il öncə araşdırma aparıb və araşdırmasının nəticəsində bu sahədə olan insanların tez bir zamanda varlandığı üzə çıxıb:

“Ünvanlı sosial yardım məsələsi ortaya çıxandan həmişə böyük müzakirələrə, mübahisələrə səbəb olub. Hətta bir neçə il öncə mən ünvanlı sosial yardım alanlarla bağlı sosial araşdırma aparmışdım. Mən bu soruğuda xeyli xoşagəlməz faktları üzə çıxarmışdım.

Apardığım soruğu nəticəsində məlum oldu ki, ünvanlı sosial yardım məsələləri ilə məşğul olan adamların hamısı tez bir zamanda varlanıb. Həmin insanlardan kimisi masın alıb, kimisi evlər tikdirib. Bu sahəylə maraqlanmaq istəyən adamlar da adi araşdırmalar aparsalar, bu nəticəni görərlər.

Hər bir nazir vəzifədən azad olunandan sonra da məlum olur ki, ünvanlı sosial yardımlar düzgün bölüşdürülməyib. Yəni düzgün olmayan addımlar atılıb. Bəzən tərifləyirlər ki, Azərbaycanda ünvanlı sosial mexanizmi yaxşı qurulub. Amma mexanizm ayrıdır, konkret olaraq faktın olması tamam ayrıdır.

Əhməd Qəşəmoğlu: “Bu dəfəki ünvanlı sosial yardımın necə qurulacağın gözləmək lazımdır”.

Mən hesablama aparmamışam. Ona görə dəqiq deyə bilmirəm ki, doğrudanmı o qədər insanın sosial yardıma ehtiyacı var. Yoxsa o rədəmdən daha çox adamın sosial yardıma ehtiyacı var. Bir tədqiqatçı olaraq bu sahədə ciddi araşdırmaya ehtiyacım var. Başqalarının tədqiqatı əsasında danışmaq istəməzdim.

Onu da qeyd edim ki, bu dəfəki ünvanlı sosial yardımın necə qurulacağın gözləmək lazımdır. Yəni yeni nazirin hansı işlər görəcəyin izləmək lazımdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar