Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə yaşayan “Qozan” jurnalist Xaşoginin qalıqlarını harada gizlədib?

Türkiyənin Yalova vilayətində yaşayan Səudiyyə Ərəbistanı təbəəsi Məhəmməd Əhməd Alfaozanın qətlə yetirilmiş jurnalist Camal Xaşoginin qalıqlarının yoxa çıxmasında, yaxud gizlədilməsində rolu var

PİA.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı Türkiyə Prokurorluğu yayıb.

“İstintaqın gedişində müəyyən edilib ki, Xaşoginin qətlində şübhəlilərdən biri Mansur Otman Abbahusain hadisəyə bir gün qalmış Yalovanın Samanlı kəndində yaşayan Səudiyyə Ərəbistanı vətəndaşı, “Qozan” ləqəbli Məhəmməd Əhməd Alfaozanla əlaqə yaradıb. Söhbət Xaşoginin qalıqlarının məhv edilməsindən, yaxud gizlədilməsindən gedib. Bununla əlaqədar olaraq, orada axtarışlar aparılır”, - prokurorluğun bəyanatında deyilir.

Bu gün “Associated Press” agentliyi bildirib ki, Türkiyə polisi ölkənin şimal-qərbində yerləşən Yalova əyalətində jurnalist Camal Xaşoginin qətlinin istintaqı çərçivəsində iki villada axtarışlar aparır.

“Anadolu” agentliyi isə qeyd edir ki, villalardan birində polis oradakı quyunu nəzərdən keçirir. Əməliyyatda polis itləri və pilotsuz uçuş aparatlarından istifadə edilir.

pia.az


Etiket: Xaşogin cəsəd

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar