Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimizin məşqçisi: "Heç kimə güzəşt etməyəcəyəm"

"Uşaqlar sağ olsun ki, çempionatda bütün potensiallarını ortaya qoydular"

Bunu sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş 23 yaşadək güləşçilərin dünya çempionatında idmançılarımızın çıxışı barədə danışarkən deyib. O, yarışda idmançılarımızın bir qızıl, bir gümüş və bir bürünc medal qazandığını söyləyib:

“Hər bir azərbaycanlı kimi ölkəmizin bayrağı qalxanda biz də sevinirik. Yığmanın baş məşqçisi olaraq mənim üçün ikiqat sevindirici haldır. Dünya çempionumuz Şamil Zubairov verdiyimiz taktikanı sonadək dəqiq yerinə yetirdi. Onun qələbəsi məni hədsiz sevindirdi. O, U-23-lərin Avropa çempionluğundan sonra, dünya çempionu da oldu”.

F.Umudov qeyd edib ki, milliyə hansı idmançının düşməsi ölkə çempionatına əsasən müəyyənləşdiriləcək:

“Düzdür, ölkə çempionu olmaq da hələ onun dünya və Avropa çempionatlarında millimizi təmsil etməsi anlamına gəlməyəcək. Biz onları beynəlxalq turnirlərdə sınayacağıq. Açığını deyim ki, millidə heç kimə güzəşt olunmayacaq, heç kimin nazı ilə oynanılmayacaq. Kim millidə nizam-intizama əməl etsə, həmin güləşçilər də beynəlxalq yarışlarda iştirak edərək II Avropa Oyunları və Tokio Olimpiadasında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək”.

Dünya 3-cüsü olan Murad Süleymanov (86 kq) isə çıxışı haqqında bu fikirləri səsləndirib:

“İlk görüşüm erməni güləşçi ilə idi. Rəqib erməni olduğu üçün onunla güləşəndə həyəcanım vardı. Amma sonda ona qalib gəldim. Bürünc medal uğrunda görüşdə isə kanadalı idmançını məğlub etdim. Çəkimi dəyişmək fikrim yoxdur. İstəyirəm ki, daha yaxşı nəticə göstərib, bu çəki ilə Olimpiadada yer alım”. (axar.az)

pia.az


Etiket: Firdovsi Umudov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Ən çox oxunanalar