Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sinəmi qabağa verməli idim ki, gəlin məni öldürün?

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov müsahibəsində Şuşada keçən günləri, illəri haqda danışıb

Az qala hər müsahibəsi, açıqlaması sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan B.Səfərovun bu müsahibədəki bəzi fikirləri də diqqəti çəkib. Xüsusən də onun Şuşanın işğalı günü ilə bağlı dedikləri müzakirə mövzusuna çevrilib.

İcra başçısı “Şuşa tutulandan sonra heç ağladınızmı” sualına belə cavab verib: “Göz yaşımı axıdıb ağlamadım, amma ürəyim, içim bu gün də ağlayır. Şuşam üçün çox darıxıram…”

B.Səfərovun bu suala cavabının sonrakı hissəsindən belə məlum olub ki, işğal günü o Şuşada olmayıb. Sitat: “Düzü, mən mayın 8-də Şuşada deyildim. Mayın 6-da Bərdəyə getmişdim. Bir dostumuz var, onun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı. Mən buna görə ayın 6-da Bərdəyə getmişdim.

Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları – hamısı ayın 8-də Şuşada idi. Hətta mənim balaca qardaşım Vüqar gec çıxmışdı. Mən də ortancıl qardaşım Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: “Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?”.

Balaca qardaşım isə mənə demişdi ki, vəziyyətin pis olduğunu görüb az qala bacımı güllələmək istəyib. Səbəb bəllidir – düşmən əlinə keçməsin…”

Kiçik qardaşını Şuşada qoyub çıxdığına görə ortancıl qardaşını danlayan B.Səfərovun köçkünləri torpaqları qoyub qaçmaqda ittiham edənlərlə bağlı cavabı da maraqlıdır: “Məcburi köçkünləri ittiham edənlərin dünyagörüşləri çox aşağı səviyyədədir. İstər Şuşa, istərsə də, digər işğal olunan rayonlar olsun. Birincisi bu rayonların hamısı eyni vaxtda işğal edilməyib.
Bu gün məcburi köçkünləri ittiham edənlər, Qaradağlı kəndində, Xocalıda soyqırımı törədiləndə harada idilər?! Onlar niyə bizim yanımızda deyildilər?! Onlar bizim yanımızda olsaydılar, görərdilər ki, qaçmışıq ya yox! Biz əliyalın idik.

Topumuz, tankımız yox idi. Ermənilər isə o zaman müasir silahlarla silahlanmışdılar. 366-cı motoatıcı polkun bütün silahları var idi. Üstəgəldə nizamlı Sovet ordusu… Bizə bunlar hücum edirdi. Mən nə etməli idim?! Sinəmi qabağa verməli idim ki, gəlin məni də öldürün, ailəmi də?! Mənim ölümüm nəyisə dəyişəcəkdi?! Guya mən öləndən sonra erməni ordusu dayanacaqdı?!

Məcburi köçkünləri ittiham edənlər axmaq adamlardır. O adamlar ən azından bircə dəfə o təhlükəli yollarla avtobusla Şuşaya, Laçına getmişdilərmi?! Bu gün məcburi köçkünləri ittiham edənlər o hadisələri görməyən, bilməyən adamlardır.

Şuşanın 196 şəhidi olub. Halbuki, Ermənistana biz müharibə elan etməmişdik. Evimizdə oturmuşduq, göydən başımıza mərmilər yağırdı. Gün ərzində nə qədər atəş açılırdı, uşaqlar, qocalar yaralanırdı. Gözümlə görmüşəm, mərmi atıldı, qadının qolu qopub yerə düşdü. Qol yerdə çırpınırdı…”(modern.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar