Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında memorandum imzalanıb

Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 6-da Bolqarıstan Milli Teatrının baş direktoru Marius Donkin Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovla görüşüb.

Marius Donkin teatrın yaradıcı həyatı, truppa üzvləri, muzeylə tanış olub, ona yeni yaradılan Abbas Mirzə Şərifzadə, Mehdi Məmmədov, Tofiq Kazımov və Adil İsgəndərov səhnələri haqqında məlumat verilib.

Azər Paşa Nemətov və Marius Donkin memorandumun qarşılıqlı əməkdaşlıq
baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, əməkdaşlıq memorandumu Bolqarıstan və Azərbaycanın milli teatrları arasında real, məhsuldar və konkret əməkdaşlığın inkişaf etdirilməsi, yaradıcı və fərdi səviyyələrdə qarşılıqlı tanışlıq və fəaliyyəti, teatrlarda yeni incəsənət platformaları, ideya və formaların yaradılması və onların müzakirəsinin təşkil edilməsi vəzifəsini qarşıya qoyulub.

Memorandum eyni zamanda klassik və müasir dram əsərlərinin paylaşılması, səhnədə fəaliyyət göstərən yaradıcı komandaların, fərdi teatr peşələri nümayəndələrinin – direktorların, aktyor, səhnə və geyim dizaynerlərinin, insan resursları mütəxəssislərinin və s. səmərəli qarşılıqlı fəaliyyət göstərə bilməsi üçün yeni yolların və formaların axtarılıb-tapılması, yalnız yaradıcılıq sferasında deyil, real teatr məhsulunun, marketinq tədqiqatlarının, ümumi insan resursları strategiyalarının, birgə layihələrin, festival və teatra dair seminarların təbliği sahəsində də ikitərəfli işçi qruplarının yaradılması, Bolqarıstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına dəstək olmaq məqsədi daşıyır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Ən çox oxunanalar