Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə müharibə başlasa, nələr olar? – NATO generalı danışıb

«Mən deyərdim ki, hərbi nöqteyi-nəzərdən ordunun yerdəyişməsi lazımi tezliyə malik deyil» – deyə, «Defense News» jurnalı Bruksdan sitat gətirir

NATO-nun Beynəlxalq hərbi qərargahının başçısı, general-leytenant Yan Bruks hesab edir ki, Rusiya ilə toqquşma baş verəcəyi təqdirdə, NATO üzvü Avropa ölkələri hərbi texnikanın və kontingentin daşınması sahəsində ciddi problemlərlə qarşılaşa bilərlər.

Məqalədə qeyd olunur ki, bu gün NATO üzvləri əsgər və texnikanın potensial Şərq cəbhəsinə doğru irəliləməsi məsələsində «lazımi mobilliyə» malik olmamaq kimi problemlə qarşılaşırlar. Alyans nümayəndələrinin sözlərinə görə, bu istiqamətdə hələ xeyli işlər görülməlidir.

Birincisi, logistika məsələsinin həlli qaçılmazdır: hərbi texnikanın çəkisinə dözə biləcək yollar tapılmalıdır, açar limanların «buraxılış imkanları» artırılmalı və ya köhnəlmiş dəmir yolları təmir olunmalıdır.

İkincisi, blok üzvü ölkələrdən əvvəlcədən onların quru və hava sərhədlərini keçmək üçün icazə almaq lazımdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


Avropa İttifaqı hərbi qərargahının rəisi Es Pulkkinenin qeyd etdiyi kimi, hüquqi məsələlər qismən Avropa İttifaqının əlindədir, qismən isə üzv ölkələrin kompetensiyası daxilindədir.

NATO dəfələrlə diqqəti daxildəki logistik xarakterli problemlərə yönəldib. Məsələn, ABŞ HDQ-nin kapitanı Cerri Hendriksin sözlərinə görə, silah-sursatın nəql olunması Vaşinqton üçün «artan strateji problem»ə çevrilir.

«Böyük güclərlə rəqabət aparmaq üçün bizim potensialımız yoxdur. Əgər bizim «təminat gücümüz» – qatarlarımız və təchizat gəmilərimiz – olmazsa, genişmiqyaslı əməliyyatlar keçirmək mümkün olmaz» – deyə, hərbçi bəyan edib.

pia.az


Etiket: Rusiya NATO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar