Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistan münaqişəni öz aralarında həll edə bilərlər?

Politoloq: “Dünyada hələ belə bir iş olmayıb ki, kiçik dövlətlər münaqişəni öz aralarında həll etsinlər”

“Bu çıxış bir növ ATƏT-in Minsk Qrup Həmsədrlərinə bir mesaj idi ki, münaqişənin həll edilməsi ilə məşğul olmaq lazımdır”.

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov millət vəkili Zahid Orucun Milli Məclisdə çıxışı zamanı ATƏT-in Minsk Qrupunun həmsədləri ilə bağlı səsləndirdiyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Milli Məclisin keçirilən keçən həftə keçirilən iclasında Zahid Oruc Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni format yaradılmasını təklif etdi. Zahid Oruc çıxışı zamanı bildirdi ki, ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur: “Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir”.

Millət vəkilinin fikrincə, danışıqlar birbaşa ErmənistanAzərbaycan rəhbərliyi arasında aparılmalıdır:
“Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ azərbaycanlı və erməni icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq və danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk Qrupuna”.

Həmçinin saytımıza verdiyi müsahibədə də Zahid Oruc Qarabağ məsələsində Ermənistan-Azərbaycan arasında danışıqlar üzrə ikitərəfli komissiya formalaşdırmaq təklifini irəli sürüb. Belə bir komissiyanın formalaşmasını və fəaliyyətini mümkündürmü? Ümumiyyətlə AzərbaycanErmənistan arasında etimad səviyyəsi belə bir komissiyanın fəaliyyətini mümkün edirmi?

Mövzu ilə bağlı PİA.az Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.

Zaur Məmmədov: “Əgər Rusiya Ermənistanı hansısa məsələlərdə kompromisdə getməyə məcbur edə bilərsə də, bütövlükdə Qarabağ məsələsinin həll edilməsində məcbur edə biləcəyini düşünmürəm”.

Cənubi Qafqazın RusiyaABŞ-ın geosiyasi marağında olduğunu xatırladan politoloq Zaur Məmmədov PİA.az-a açıqlamasında əlavə edib ki, böyük dövlətlərin maraqlarının toqquşduğu bütün bölgələrdə biz münaqişələrin illərlə uzanmasının şahidiyik:

Zahid Orucun həmin çıxışı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bölgəyə səfəri asdanasına təsadüf etdi. Yəni bu çıxış bir növ ATƏT-in Minsk Qrup Həmsədrlərinə bir mesaj idi ki, münaqişənin həll edilməsi ilə məşğul olmaq lazımdır. Çünki onların əsas funksiyası elə danışıqlar aparan iki ölkə arasında vasitəçi olmaqdır. Yoxsa onların funksiyası turist kimi regiona gəlib -getmək deyil.

Ermənistanla Azərbaycan arasında birgə komissiyanın yaradılıb-yaradılmaması məsələsinə gəlincə isə onu deyə bilərəm ki, indiki halda bu mümkün deyil. Yəni Qarabağ münaqişəsini heç bir vasitəçi olmadan ancaq Azərbaycanla Ermənistan həll edilməsi məsələsi demək olar ki, mümkün olmayan məsələdir.

Nəzərə almaq lazımdır ki, dünyada hələ belə bir iş olmayıb ki, kiçik dövlətlər münaqişəni öz aralarında həll etsinlər və münaqişə bitsin. Mütləq və mütləq hər hansı böyük dövlətlərin münaqişələrə qarışdıqlarının şahidi oluruq. Həmçinin söhbət Cənubi Qafqazdan gedirsə, hamıya məlumdur ki, Cənubi Qafqaz RusiyaABŞ-ın geosiyasi marağındadır. Böyük dövlətlərin maraqlarının toqquşduğu bütün bölgələrdə biz münaqişələrin illərlə uzanmasının şahidiyik.

Zaur Məmmədov: “Ermənistanla Azərbaycan arasında birgə komissiyanın yaradılıb-yaradılmaması məsələsinə gəlincə isə onu deyə bilərəm ki, indiki halda bu mümkün deyil”.

Onu qeyd edim ki, Rusiya təkbaşına münaqişəni həll etmək iqtidarında ola bilər. Amma bunun üçün dünyəvi erməni diaporasını və erməni cəmiyyətini kompromisdə hazırlamağı çox vacibdir. Çünki əgər Rusiya Ermənistanı hansısa məsələlərdə kompramisdə getməyə məcbur edə bilərsə də, bütövlükdə Qarabağ məsələsinin həll edilməsində məcbur edə biləcəyini düşünmürəm. Erməni diasporası bu məsələ ilə heç cür razılaş bilməz və nəticədə də biz tamam başqa situasiyanın şahidi ola bilərik.

Amma digər məsələ ondan ibarətdir ki, bir neçə dönəmdə münaqişənin nizamlanması ilə bağlı, yəni bəzi ərazilərin, rayonların qaytarılması ilə bağlı Rusiya tərəfi ermənilərə təhrikə qədər davranış nümayiş etdirmişdilər. Sonucda da biz bütün bu davranışların nə ilə nəticələndiyini çox yaxşı görürük. Ortada kompromissdlə bağlı məsələ yoxdur. Əslində ermənilər özlərini, həmçinin də Paşinyan özünü çox nadinc uşaq kimi aparır.

Qarabağ münaqişəsinin gələcəkdə nizamlanması məsələsinə gəlincə isə düşünürəm ki, 2019-cu ilin yay aylarına qədər erməni tərəfi münaqişənin nizamlanması üçün öz tövhəsini verməlidir. Əks halda Azərbaycan digər variantları da nəzərdən keçirəcək”.

Nərminə UMUDLU

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar