Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabir Rüstəmxanlıdan şedevr: “Təkcə öz-özünü qoruyan Bakı” - Layihə

PİA.az-ın redaktoru Gülyanaq İsmayılqızının təqdimatında yeni video layihə

PİA.AZ hər bazar Azərbaycan ədəbiyyatının və siyasi romantizmin ən gözəl nümunələrindən bir yarpaq  oxucularının diqqətinə cəlb etməyə qərar verib. İlk olaraq xalq şairi, ötən əsrin sonlarında Azərbaycan xalq hərəkatının aparıcı simalarından biri olmuş, şair-siyasətçi Sabir Rüstəmxanlının “Bakı” şerini təqdim edirik:

Sabir Rüstəmxanlı

Bakı

Gözü oyun gəzir, eyş-işrət gəzir,
Qanımız batdıqca qan udur Bakı.
Bazar havasında, pul işığında
Şuşanı, Laçını unudur Bakı.

Düşmən əlindəykən yüz-yüz istehkam,
Xalqa lay-lay deyir bu qoca ehkam!

Gapçısı, gopçusu başına bəla,
Vətən nə vecinə kürsüsü varsa.
Hər gün qanımıza zəhər yeridən
Hərzəsi, mirzəsi, gürzəsi varsa!

Cənabı züy tutan, bəyi züy tutan,
Məclisi millətə azar-dərd Bakı.
Erməni şırmanır Cıdır düzündə
Sən necə yatırsan, ay namərd Bakı!

Acların ovcunda ağzının dadı,
Evsizin könlündə sınan vüqarın.
Çöldə qum yeyirsə xalqın övladı
Necə ucaldırsan bu sarayları.

Rus verib yerinə ingilis alan,
Bir pisin yerinə başqa pis alan.
Qucaqsız yaşaya bilməyən Bakı,
Qarabağ öləndə ölməyən Bakı!

Bu dəli sevdaya ruhumuz əsir,
Nə dedi örəşdim, tozundan başqa.
Bu necə şəhərdi, hamını sevir,
Hamını bəyənir özündən başqa.

Toyxana, meyxana, benzin – iç, bəzən,
Milyonçu millətə qul payı vermir.
Alıb ömrümüzü dəyər-dəyməzə
Bir qəbir yerini havayı vermir.
Bir ocaq yerini, ilham yerini,
Bir dua yerini, bir şam yerini,
Bir ölüm yerini havayı vermir.

Burda ürəyimi sıxdım hər daşa,
Daşlar duyğuluydu qardaşımızdan.
Bakı nə bilsin ki, Xəzərlə qoşa
Ayrı bir göl də var göz yaşımızdan.

Kim gəldi keçirtdi yuxarı başa,
Özünkü qürbətdə çərək peşində.
Düşməni unudub mənnən savaşan
Niyə qopa bilmir bu vərdişindən.

Ağ evin gözləri qara bazarda
Qara bazarların başı Ağ evdi.
Neçə birincini girinc elədi
Yenə dəyişməyən naşı Ağ evdi

Baki-Ceyranbatan şəkilli kitab,
Bir yola sığışan yurdların hanı?
Bir milyon qaçqının ürəyi kabab
Neynirsən bu qədər kababxananı?

Qədəhlər toqquşur silah yerinə,
Dünyaya od verib quruyan Bakı!
İtən torpaqlara mahnılar qoşub
Təkcə öz-özünü qoruyan Bakı!

Gülyanaq İSMAYILQIZI
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Ən çox oxunanalar