Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkoloji Mərkəzdə müalicə olunmuş şəxslər məhkəmədə dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Elçin Əsədov ifadə verib.

O bildirib ki, hadisə zamanı onun qardaşı Elxan Əsədov mərkəzdə yanaraq ölüb. Onun sözlərinə görə, yanğın barədə məlumatı internetdən öyrənib: “Sonra morqdan zəng edib dedilər ki, qardaşım ölüb”.

Daha sonra zərərçəkmiş qismində Xalidə Baxışova dindirilib. O söyləyib ki, qardaşı Tərlan Qəribov yanğın zamanı yararaq dünyasını dəyişib: “Yanğın barədə məlumatı sosial şəbəklərdən oxudum. Əvvəl qardaşımdan xəbər ala bilmirdik. Sonra bizə morqdan məlumat verdilər”.

Digər zərərçəkmiş Zaur Murtuzayev ifadəsində vurğulayıb ki, hadisə zamanı mərkəzdə olub. Onun sözlərinə görə, mərkəzdə narkotikdən müalicə alırmış: “Mən nə vaxt orda müalicə olunmuşamsa, Məhəmməd də orada olub. Biz Elşən adlı şəxslə 10-cu palatada qalırdıq. O, yanğın zamanı öldü. Həmin gün oyaq idim. Dəhşətli külək vardı, yuxuya gedə bilmirdim. Birdən qapıdan tüstü qoxusu gəldi. Qapını açanda alov gördüm, tüstü dəhlizi bürümüşdü. Səs-küy qaldırdım ki, uşaqlar yuxudan oyansın. Sonra qaça-qaça oradan çıxdım”.

Məhkəmədə zərərçəkmiş Vüqar Kərimov və Ramil Alməmmədli də dindirilib. Onların hər ikisi yanğın baş verən mərkəzdə narkotikdən müalicə olunduqlarını bildirib. Həmin şəxslər hadisə günü orada olduqlarını deyiblər.

Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. Daha sonra o, dünyasını dəyişib. (azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar