Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə ən böyük bölgəsəl oyunçulardan birinə çevrilir”

Rusiya politoloqu Suriyanın fakt üzrə bölündüyündən danışır

Aleksandr Jelenin

rosbalt.ru, 31.10.2018

Şərqşünas Mixail Maqid hesab edir ki, Dəməşqin İdlib əyalətini nəzarət altına qaytarmaq niyyəti haqda bəyanatı gerçək imkansızlıq şəraitində ancaq istəklərin sərgisidir.

Türkiyə, Fransa, Rusiya və Almaniya liderləri BMT və beynəlxalq birliyi Suriyaya yardımı artırmağa çağırıblar. Bu haqda İstanbulda Vladimir Putin, Angela Merkel, Emmanuel Makron və Rəcəb Ərdoğanın qatıldıqları şənbə sammitinin yekunları üzrə kommunikedə deyilir. Suriya münaqişəsinin tənzimlənməsinə həsr edilmiş görüşün ən yüksək səviyyədə keçdiyinə baxmayaraq, bu haqda xəbərlər əvvəlkitək bütün teleekranları və qəzetlərin ilk səhifələrini tutmayıb.

Amma Suriyada savaş öz qaydasında gedir və bölgədən xəbərlər heç də nikbinləşməyib. Daha çox əksinə. Suriya müdafiə naziri Əli Əyyubun Bəşər Əsəd hökumətinin Rusiya və Türkiyə tərəfindən rəsmən hərbsizləşdirilmiş zona elan edilən İdlib əyalətini nəzarət altına qaytarmaq niyyəti haqda bəyanatı, şübhəsiz, dünyanın bir çox liderlərni gərilməyə məcbur edib və yəqin ki, rəsmi Dəməşqə sualları meydana çıxıb.

Birinci növbədə Əsədinn İdlibdəki hərbsizləşdirilmiş zona üzrə Rusiya-Türkiyə danışıqlarının şərtlərini yerinə yetirməyə hazırlaşıb-hazırlaşmadığı haqda. Buna görə də əgər hazırlaşmırsa, onda bu bölgəni çox ciddi oyunçuların hərəkətə keçəcəyi böyük qırğın gözləyir.

Bu günlərdə Suriyadan gələn başqa bir xəbər Suriyada Rusiyaİran hərbçilərinin nəzarətində olan Əbu-Kəmal şəhərinə İŞİD döyüşçülərinin uğurlu hücumu barədədir. Nəticədə islamçılar cəzasız şəkildə şəhərin onlarla sakinini əsir aparıblar.

“Rosbalt”ın icmalçısı Yaxın Şərq üzrə ekspert Mixail Maqiddən bu hadisələri və Suriyadakı durumu şərh etməyi xahiş edib.

Suriya müdafiə nazirinin İdlibi Əsəd güclərinin nəzarəti altına qaytarmaq haqda bəyanatını nə dərəcədə ciddi qəbul etmək lazımdır?

-Bu bəyanatın Əsəd rejiminin arzusunu sərgiləmək kimi önəmi və habelə rejim tərəfdarlarının düşərgəsində daxili istifadə üçün əhəmiyyəti ola bilər. Amma Əsəd praktikada az şey edə bilər.

Türkiyə özünün zirehli tank bölmələrini Böyük İdlibə daxil edəndən sonra Əsədin onlarsız çoxdan yox ola biləcəyi böyük tərəfdaşları (bu qoşunları Suriya ərazisinin böyük hissəsinə göz qoyan Rusiyaİran dövlətləridir) bu bölgəyə hücum etməyə cürət etməyiblər. Rusiya, ümumiyyətlə, Ukraynadan güclü olanlarla hərbi münaqişəyə girməməyə üstünlük verir. İstər Türkiyənin vurduğu Rusiya bombardmançısı, istər amerikalıların məhv etdiyi Rusiya muzdluları dəstəsi və yaxud suriyalıların İsrailin basqınına qarşı atəşi nəticəsində vurulmuş Rusiya radiokəşfiyyat təyyarəsi olsun, Moskva nə Türkiyə, nə ABŞ, nə də İsraillə hərbi münaqişəyə getməyib.

Bundan başqa, Rusiyaİran Türkiyə ilə razılaşıb ki, Böyük İdlibdə hərbsizləşdirilmiş zona yaradılması, oradnm Rusiya güclərinə hücumların kəsilməsi və “ən-Nusra” (“əl-Qaidə”nin Suriya qanadı) döyüşçülərinin tərki-silah edilməsinin əvəzində ora hücum etməyəcəklər. Bu qərarlar hansısa dərəcədə icra olunur. “ən-Nusra” tərki-silah olunmasa da, ən azı, ağır silahların bir qismini təhlükləsizlik zonasından aparıb (düzdür, bəzi müşahidəçilər hesab edirlər ki, ağır silah çıxarılmayıb, gizlədilib). Türkiyə indi bu bölgəyə, habelə müəyyən basqı etməklə “ən-Nusra”ya qismən nəzarət edir. Ümumiyyətlə, Türkiyə silahlı antiəsəd müxalifət qruplarının çoxuna nəzarət edir. Və nəticədə Rusiya qoşunlarına hücumlar kəsilib. Rusiya buna görə də İdlibə hücum etməkdə heç bir istək ifadə etməyib. Əsəd isə, çox ehtimal ki, Rusiyasız İdlibə hücum edə bilməz.

-Türkiyə əsədçilərə İdlibi ələ keçirmək imkanı verərmi?

-Bu, son dərəcə az ağlabatandır. Ümumiyyətlə, indi Türkiyənin müəyyən beynəlxalq güclənməsi baş verir. Yaxın Şərqdə onun çevrəsində tədricən yeni blok formalaşır – artıq var olana əlavə olaraq. Birinci blok İran və onun Yəmən, İraq, Suriya və Livandakı müttəfiqləridir (şiə qurşağıdır). Güclənən şiə İranı faktiki olaraq böyük imperiya qurub və Suriyada Rusiya da buna yardım edir. İrana qarşı Səudiyyə Ərəbuistanının başçılığı ilə əsasən sünni ərəb dövlətləri bloku durur. Bu blok İsraillə əməkdaşlıq edir. Yeni dövrdə ərəb dövlətlərinin yəhudi dövlətiylə ilk dəfə nadir əməkdaşlıq durumu formalaşıb. Həm də ABŞ bu koalisiyaya arxalanır. Nəticədə ərəb-İran və eyni zamanda İsrail-İran münaqişəsi ərəb-İsrail ziddiyyətlərini və Fələstin məsələsini ikinci plana sıxışdıraraq birinci yerə çıxıb.

Amma indi dövlətlərin üçüncü bloku daha fəal formalaşır. Müsəlman dünyasında flaqman rolunu Səudiyyə Ərəbistanıyla höcətləşən Türkiyə səudiyyəlilərdən qorumaq üçün ərazisinə öz qoşunlarını daxil etdiyi Qətərlə və eyni səbəblərdən gələcəkdə qoşun yeridə biləcəyi Küveytlə yüksələn dərəcədə sıx qarşılıqlı fəaliyyətdədir. Bu günlərdə Türkiyə-Küveyt hərbi əməkdaşlıq komitəsi toplantısının gedişində iki ölkənin qərargah rəisləri müavinlərinin imzaladıqları sazişə uyğun olaraq 2019-cu ildən hərbi təcrübə mübadiləsi və iki ölkənin fəaliyyətinin əlaqələndirilməsi planlaşdırılır.

Üçüncü müstəqil blokun formalaşması Türkiyəni ən böyük bölgəsəl oyunçulardan birinə çevirir. Bu məqamda Türkiyənin hərbi qüdrəti Küveyt və Qətərin maliyyə gücüylə, habelə bölgədə fəal hərəkət edən “Müsəlman qardaşlar”ın islamçılarının dəstəyi ilə çulğaşır. Bu durumda Türkiyənin artan nüfuzuyla höcətləşmək Əsədin gücündə deyil.

–İndiki anda Suriyada durum necədir? Suriya fakt üzrə neçə hissəyə bölünüb?

-Suriya ərazisinin haradasa 60%-ə Əsədin ələvi rejimi, qoşunları, könüllü yığması və müttəfiqləri – Rusiyaİran gücləri nəzarət edir. Bu bölgələr faktiki Rusiyaİranın təsir zonalarına bölünüb. Orada müxalifətin keçmiş iştirakçılarının kütləvi həbsi gedir. Demək olar, on milyon suriyalı (ölkə əhalisinin 40%-ə yaxını) Əsəddən qurtularaq oradan qaçıb.

Suriyanın əksərən sünni, kasıb əhalisi Əsədə və hakim ələvi ailəsinə özəl rəğbət bəsləmir. Bəzi milli azlıqlar onu dəstəkləsə də, cəmiyyətin önəmli kəsiminin rejimə münasibəti çox pisdir.

##relatedPostMilli##

Ölkənin şimalında və şərqində Suriya ərazisinin, təxminən, 25%-ə kürdlərin Xalq özünü müdafiə dəstələri (YPH), kürdlərlə birlikdə SDQ (Suriya demokratik qüvvələri) hərbi koalisiyası yaratmış və onlara müttəfiq ərəb tayfaları, həmçinin ABŞ qoşunları nəzarət edir. Bu zona daxilində problemlər və fikir ayrılıqları olsa da, bura insan haqlarının ən az pozulduğu və ən sakit durumun olduğu yerdir.

Amma məsələ ABŞ prezidenti Donald Trampın ölkəsinin Suriyadan getmək niyyətini daim bəyan etməsiylə qəlizləşir. Çox ehtimal ki, bu, cari ildə baş verməyəcək. Amma Trampın niyyətləri onun seçkiqabağı vədləriylə şərtlənir. Buna görə də mən buna ciddi yanaşardım. Həm də nəzərə almaq lazımdır ki, ABŞ qoşunlarının gedəcəyi halda bu bölgə buranı bölməyə cəhd edən bütün oyunçular tərəfindən müdaxilə obyektinə çevrilə bilər. Şimalda Böyük İdlib və türk qoşunlarının nəzarət etdiyi Afrin kürd kantonu daxil olmaqla Suriya ərazisinin 15%-ə yaxını Türkiyənin nəzarətindədir. “ən-Nusra” orada bir sıra şəhərlərdə ağalıq edir. İdliblilər Əsədə qarşı üsyandan sonra müxtəlif rayonlarda 160 yerli şura – əhalini gərəkən hər şeylə təmin edən yerli özünüidarə qurumları yaradıblar. Prinsipialdır ki, söhbət heç bir dövlətə tabe olmayan partiyasız muxtar şuralardan – nəsə anarxiyaçıların idealına yaxın bir şeydən gedir. Amma “Nusra” islamçıları ya onları ləğv edib, ya da işlərinə mane olurlar, əhaliyə xərac kəsir, öz rəqiblərini öldürürlər. Orada yerli əhalinin Əsəd qədər xoşu gəlmədiyi “Nusra”ya qarşı daim etirazları baş verir. Əsədin əməliyyatları bombaların altında minlərlə həlak olmağa məhkum ediləsi idlibliləri soyqırımıyla təhdid edirdisə, “Nusra” müntəzəm qarət və qətllər həyata keçirir.

Ən ağır durum Afrində yaranıb. Burada Türkiyəyə bağlı müxtəlif qruplaşmaların döyüşçülər sakinləri girov götürür, fermerlərin məhsulunu əllərindən alır, razılaşamayanları öldürürlər. İki yüz əlli mn kürd (Afrin əhalisinin yarısı) bu kantonu tərk edib və indi qaçqın düşərgələrində çadırda yaşayır. Bu, mühüm problemdir. Hansı səbbədəndir, bilmirəm, amma KİV-lər bundan az danışır.

–Lütfən, İŞİD-in formal olaraq iranlılar və rusların nəzarəti altında olan Əbu-Kamal şəhərinə bu yaxınlardakı hücumunu şərh edin. Qeyd olunur ki, bu, döyüşçülərə onlarla dinc sakini sakitcə özlərilə aparmağa mane olmayıb.

-İŞİD hələ bir-iki il qabaq Suriyaİraqda Fransa qədər və onmilyonluq əhalisi olan ərazilərə nəzarət edirdi, böyük şəhərlər – Mosul, Raqqa, Tikrit onun nəzarətindəydi. Amma haçansa idarə etdiyi rayonlar üzərində nəzarəti indi itirib. Demək olmaz ki, İŞİD populyardır. Döyüşçülərin bölgəyə gətirdikləri bəlalar son dərəcə böyükdür. Amma İŞİD orada gizli özəkləri saxlayıb. Tərəfdarları cüzidir, ancaq olduqca fanatikdirlər, bölgəni yönəldən istənilən gücə təhlükədirlər.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar