Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu o demək deyil ki, kanallar istədiklərini edə bilərlər"

“Hazırda telekanallarda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicidir, lakin keyfiyyət cəhətdən əlbəttə ki, hamı eyni fikirdə deyil”

Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, bir neçə ildir yerli serialların istehsalı sahəsində ciddi irəliləyişlər müşahidə olunur: “Bu gün müxtəlif məzmunda, istər dramatik, istərsə də komediya janrlarında xeyli sayda seriallar yayımlanır. Bu da onu göstərir ki, serial təsərrüfatı artıq inkişaf yolundadır”.

T.Dadaşov bildirib ki, əgər əvvəllər milli efir məkanında xarici seriallar hegemonluq edirdisə, bu gün milli seriallar kanalların efir məkanında özlərinə ciddi mövqe qazanıblar. MTRŞ rəsmisi bildirib ki, hazırda yayımçılar reytinq məsələsini əldə rəhbər tutaraq daha çox komediya janrında seriallara üstünlük verirlər: “Bu, müəyyən mənada başadüşüləndir. Lakin milli efir məkanımızda yer alan bəzi dramatik mövzulu seriallar da var ki, onlar reytinq və izlənmə baxımından komik seriallardan heç də geri qalmır və ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılanır. Bu tipli uğurlu seriallar ölkəmizdə serial təsərrüfatının perspektivləri barədə nikbin olmağa imkan verir”.

Onun sözlərinə görə, əlbəttə ki, serial təsərrüfatının inkişafı, çəkilən serialların baxımlı olması, tamaşaçıda rəğbət və maraq oyatması bu sahədə çalışanların peşəkarlığından asılıdır: “Müsbət məqamlarla yanaşı, seriallarımızda gülüş xatirinə şit, bayağı səhnələr, dialoqlar, hətta bəzən qeyri-etik məzmunlu ifadələr, milli dəyərlərdən uzaq səhnələr və s. kimi neqativ cəhətlər də az deyil. Tək seriallarda deyil, televiziyalarda yayımlanan bir sıra veriliş və proqramlarda bu kimi məsələlərə rast gəlinir. Yayımçılar bu hallara diqqət yetirməlidirlər. Cəmiyyətdə, insanlarda qıcıq, narahatlıq, gərginlik, narazılıq yaradan hallardan uzaq durulmalıdır. Qanunvericiliyə müvafiq olaraq MTRŞ kanalların yaradıcılıq fəaliyyətinə qarışmır. Lakin bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər. Kanallar ictimai rəyi nəzərə almalıdırlar. Reytinqi də, maddi qazancı da müəyyən çərçivələr daxilində əldə etmək daha yaxşı olardı".(trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar