Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatdan etiraz: “Uşaqların rus dilində təhsil almasının tərəfdarı deyiləm”

Milli Məclisin bugünkü iclasında deputat Gövhər Baxşəliyeva Azərbaycanda son illər rus sektoruna qoyulan uşaqların sayının artması ilə bağlı məsələ qaldırıb

Xanım deputat bunun tamamilə səhv olduğunu bəyan edib. Onun fikrincə, bunun qarşısı alınmalıdır.

“Bu, mənim rus dilinin əleyhinə çıxmağım kimi qəbul edilməsin. Amma mən birinci sinifdən başlayaraq uşaqların rus dilində təhsil almasının tərəfdarı deyiləm. Arazın o tayında 35 milyon ana dili uğrunda mübarizə aparılır. Amma biz burda ana dilində təhsildən imtina edirik. Belə olduğu halda, onlar müəyyən mentalitetin daşıyıcısı kimi formalaşırlar. Sovetlər dövründə vəziyyəti başa düşə bilərdik. Çünki müstəqil deyildik. Ancaq biz bu gün müstəqilik”, - Gövhər Baxşəliyeva vurğulayıb.

Deputatın sözlərinə görə, ölkəmizdə karyera və təhsil üçün bütün şərait yaradılıb: “Ona görə də hesab edirəm ki, rus dili xarici dil kimi tədris olunsun. Amma orta məktəbdən, yəni, birinci sinifdən başlayaraq sona qədər uşaqların bu dildə təhsil alması doğru deyil”. (reytinq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar