Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"TuranBank"da depozitlərin həcmi və gəlirlər sürətlə azalır

Kreditlərlə bağlı yaranmış problemlərin həlli nisbətən kiçik banklar üçün digərlərindən daha çox vacibdir

Bu vəziyyətlərdə ekspertlər məsləhət görürlər ki, girov ilə kreditlər verilməsin. Buna baxmayaraq aktivləri azalan, kreditlərin həcmi depozitlərindən çox olan və s. kimi göstəricilərə malik riskli banklar qızılla kreditlər verməyə davam edirlər.

Aktivlərinin həcmi azalan və kreditlərinin həcmi getdikcə kiçilən banklardan biri də"TuranBank”dır. Buna baxmayaraq, bank "Lombard kreditləri”ni müştərilərə təklif edir. "TuranBank" yüksək faizlə qızıl girovu vasitəsi təklif etdiyi kreditlər kifayət qədər daralan müştəri kateqoriyasını yenidən qazanmağa yönəlib. Çünki, bankın statistikası gəlir səviyyəsinin yalnız kreditlərdən olduğunu göstərir.

Digər tərəfdən isə "TuranBank" digər banklarla kredit bazarında rəqabət apara bilmir. Çünki təklif olunan kreditlərin faiz dərəcələri və kreditin müddəti "TuranBank”a sərf etmir. Digər banklar uzun müddətli kreditlər təklif edə bilir, çünki depozitlərin həcmi, gəlirlilik imkanlarının geniş olması onlara sərf edir. "TuranBank” qısa müddət ərzində yalnız girov vasitəsi ilə kredit təklif edə bilir. Bankın bu vəziyyəti müştərilərini qorxuya salıb. Elə bun görə də depozitlərin həcmi sürətlə azalır.

Bankın gəlirlərinin azalması problemli kreditlərin həcmi ilə əlaqədardır. Bu onun aktivlərində də müşahidə olunur. Ötən il bu vaxt "TuranBank”ın aktivləri 521,5 milyon manat təşkil edirdisə, bu il 28,8 milyon manat azalaraq 492,7 milyon manata düşüb. Əvvəlki illərlə müqayisədə bankın gəlirlərinin aşağı düşməsi aktivlərinin sürətlə azalmasına səbəb olub.

Bank kreditlərin həcmini də azaltmağa məcbur olub. Belə ki, ötən illə müqayisədə təxminən 11 milyon manat azalan kredit həcmi 273 milyon manat təşkil edir. Bankın kreditlərin həcmi azalan depozitlərin həcminə uyğundur. Ötən il depozitlərin həcmi 260,8 milyon manat təşkil edirdisə, bu il 203 milyon manata qədər azalıb.

Bu kimi amillər bankın gələcəkdəki fəaliyyətini şübhə altına salır. (qaynarinfo.az)

pia.az


Etiket: "TuranBank"

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

Ən çox oxunanalar