Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

""Maşın" şoudan sonra verilişimi dayandırdılar"

Aparıcı Vüsalə Kərimova bir müddətdir efirdə olmamasına aydınlıq gətirib

Bu barədə oxu.az-a danışan ifaçı bildirib ki, "Maşın" şouda iştirak edib, qayıdandan sonra onun verilişi dayandırılıb.

"Allahdan başqa heç kimdən qorxum yoxdur. Mən elə jurnalistlərdənəm ki, heç kim deyə bilməz ki, nə siyasi, nə peşə səhvim var. İstər çəkiliş zamanı, istər canlı yayımda səhvim olmayıb. Ola da bilməz. Bir işdə səhv olacaqsa, deməli, peşəkar deyiləm. Mənimlə çalışan insanlar da bilir ki, necə rahat çəkiliş edirəm. Veriliş aparmaq, televiziya həyatımı əks etdirir. Həyatda necəyəmsə, efirdə də eləyəm.

ATV-də yayımlanan "Yüz ölç, bir biç" proqramım mövsüm finalı etmişdi. Rəhbərlik dəyişəndə mən "Maşın" şouya getdim. Getməmişdən öncə yaxınlaşıb dedim ki, "Maşın" şouya gedirəm. Şoudan sonra layihəmi davam etdirəcəyəm. Dedilər ki, problem deyil, gəlin, davam edərsiniz.

"Maşın" bitdi. Geri döndüm ki, dekorumu söküblər, hansı ki, o dekoru mənim sponsorlarım düzəltdirmişdi. O gün bu gündür, verilişin davam etməsi üçün nə "hə" deyirlər, nə də "yox". Biri var, deyələr ki, alınmayacaq, get, işini gör. Neytral zonada dayanmışam, əlimdə neçə sponsorum qalıb, verilişə başlaya bilmirdim. Gözlədim, artıq ikinci mövsüm başlayıb, hələ də səs yoxdur", - deyə Vüsalə bildirib.

Aparıcı proqram aparmaq üçün heç bir kanala müraciət etmədiyini söyləyib:

"Yenidən veriliş aparmaq üçün digər kanallara müraciət etməmişəm, etmək niyyətim də yoxdur. Baxıram kanallara, aparıcılara, xəbərdən başı çıxmayan, aparıcının "a" hərfi üstündə olmayanlara daha çox üstünlük verilir. Hesab edirəm ki, heç kəs bu sahəni özündən yaxşı bilən insanı yanında istəmir. Səbəbini bilmirəm. Amma mən peşəkarlarla işləməyi sevirəm.

Peşəkar insana bir işarə bəs edir. Lakin peşəkar olmayana iş tapşırırsan, sonra özün görməli olursan. Bilmirəm, nə olacaq? Efir "üfür" deməkdir. Varsansa, varsan, yoxsansa, unudulmusan. Amma mənim soyadımı deyəndə tanıyırlarsa, deməli, unudulmamışam.

Düşünmürəm ki, bacarıqsızam, hansısa aparıcını qarşıma çıxaracaqlar və söz ehtiyatım ondan az olacaq. Rəqibə rəqibəm. Meydan oxumağı bacaranam. Sözün düzü, vecimə də deyil. Gəlirim var. Gəlir naminə hansısa qeyri-peşəkarların çalışdığı kanallara yönəlmək istəmirəm. Deyir ki, səbr edən dərviş ya muradına ərmiş, ya da səbrindən gəbərmiş. İndi hansı olacaqsa, qismət Allahdan".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Hansı məhsulların ölkəyə gətirilməsi qadağandır?

Ən çox oxunanalar