Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın dollarsızlaşdırma planı: Çindən fərqli olaraq Rusiya ABŞ-la ticarət savaşı apara bilərmi?

Moskva üçün ən pisi odur ki, Putinin yürütdüyü siyasət ruslara qarşı inamsızlıq yaratmaqla yanaşı, rusofobiyanı da bütün dünyada artırmaqdadır. Bu ortamda Rusiya hökümətinin dollarsızlaşdırma planı təbii ki, blef xarakterlidir…

Əli Məsimli: “Dünya iqtisadiyyatında və ticarətində ABŞ dolların dominant rol oynaması təsadüfü xarakter daşımır. ABŞ dünya iqtisadiyytaının dörddə biri səviyyəsində çox böyük bir xüsusi çəkiyə malikdir”

Rəşad Həsənov: “Dollarsızlaşma siyasəti onsuz da əksər çevrələrdə ciddi qəbul olunmur və ona görə də hansısa yanaşma ortaya qoyulmur”.

Rusiya hökuməti Rusiya iqtisadiyyatında dollardan istifadədən imtina olunması ilə bağlı layihə hazırlayıb və layihənin 1-2 həftədən sonra baş nazir Dmitri Medvedev tərəfindən təsdiqlənəcəyi bildirilir. Layihəyə əsasən, təşəbbüs ilk növbədə milli valyutada ödənişlər üçün imkanlar yaradılmasına, valyuta mübadiləsinin asanlaşdırılmasına və valyuta qanunvericiliyinin liberallaşdırılmasına yönəldiləcək. Eyni zamanda Rusiyanın Çin və Avropa Birliyi ilə hesablaşmaları yuan və avro, Avropa İqtisadi Birliyi ilə isə rublla aparılacaq. Yeni layihə ilə bağlı VTB bankının rəhbəri Andrey Kostin də ö növbəsində bildirib ki, Vladimir Putin onun Rusiya iqtisadiyyatının dollarsızlaşdırılma təklifini tam dəstəkləyir.

Qeyd edək ki, dollardan imtina qərarı Rusiyanın biznes dairələrində ciddi təşviş yaradıb. İş adamları düşünürdülər ki, hökümət zorla onlardan dollarla əməliyyatlar aparmağı qadağan edəcək. Lakin bu təşviş hökümətin Rusiya iqtisadiyyatının dollardan imtina planını açıqlamasından sonra bir qədər səngiyib. Belə ki, hökümət yumşaqdan gücdən istifadə edəcəyini açıqlayıb və planda əsasən rublla idxal-ixrac aparan iş adamlarına güzəştlər ediləcəyi planda yer alıb.

Bir neçə ildir ki, Rusiyanın dollarsızlaşma siyasətinə can atdığını nəzərə alsaq, bu siyasətin bir səbəbi də ABŞ-ın sanksiyalarına cavab olduğu hesab olunur. Hətta iki il öncə Rusiya ilə Çin öz aralarında olan ticarətin milli valyutalarla həyata keçirilməsini təklif etmişdilər. Lakin bu günə qədər o təklif də həyata keçirilməyib. Putinin son iki ildə Ərdoğanla keçirdiyi görüşlərdə də bu məsələ dəfələrlə müzakirə edilib. Lakin hər iki liderin istəyinə baxmayaraq, onların bu arzusu hələdə reallaşmır. Rusiyanın dominatlıq təşkil etdiyi ölkələrin iqtisadi ittifaqı olan Avrasiya iqtisadi İttifaqına daxil olan ölkələr də Rusiya ilə alverlərini rublla həyata keçirsələr də, beynəlxalq ticarərdə dollardan imtina etməyi düşünmürlər.

“Bloomberg” agentliyinin təhlilinə görə isə dünya bazarlarında dolların hegemonluğu sarsılıb və onun hegemonluğu başa çata bilər. Bu baxımdan Avropa İttifaqı, Rusiya və Çin ABŞ-ın İrana qarşı növbəti sanksiyalarından yan keçmək üçün ödəniş sistemi yaratmaqla bağlı müzakirələr aparırlar. Agentlik eyni zamanda vurğulayır ki, dünyada müntəzəm olaraq dollardan imtina edilir. Xüsusən, Rusiya Amerika valyutasındakı səhmlərini azaldır, Çin isə enerji bazarındakı müqavilələrini yuanla bağlamağa başlayıb.

Bütün bunlarla yanaşı, bəzi iddialara görə isə Rusiya iqtisadiyyatının hazırkı vəziyyətini 2008-ci il böhran vəziyyəti ilə müqayisə etmək olar. Maraqlıdır ki, dünya bazarının işləmə qaydalarına əsasən beynəlxalq ticarətin dollarsızlaşdırılması siyasətinin hansı mənfi və müsbət cəhətləri var və Rusiyanın bu cəhdi uğurla nəticələnə bilərmi? Və Rusiyanın bu cəhdi uğursuz olarsa, rubl ciddi devalvasiyaya uğraya bilərmi? Ümumiyyətlə, Rusiya iqtisadiyyatının indiki vəziyyətini ABŞ-la ticarət müharibəsi aparacaq qədər güclü hesab etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Müstəqil İqtisadçılar Birliyi” ictimai təşkilatının prezidenti, deputat Əli Məsimlinin və iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Əli Məsimli: “Rusiyanın dollardan imtina layihəsinin uğursuzluqla sonuclanacağı indidən bəllidir”.

Deputat Əli Məsimli PİA.az-a açıqlamasında qeyd edib ki, ABŞ Rusiyaya qarşı davamlı olaraq sanksiya tətbiq etməyə başlamasından sonra, Moskva dollarıq təsir və təzyiqindən kənara çıxa bilmək üçün müxtəlif yollar axtarır. Bu yollardan da biri xarici ticarətdə dollardan imtina etmək siyasətidir. Lakin iqtisadçının fikrincə ABŞ dünya iqtisadiyytaının dörddə biri səviyyəsində çox böyük bir xüsusi çəkiyə malikdir və hazırda dünya dövlətlərinin aktivlərinin üçdə ikisinə yaxını dollarda saxlanıldığına, dünyadakı bütün strateji məhsulların dollarla satılmasına görə, Rusiyanın dollarsızlaşdırma siyasətinin yaxın perespektivdə uğur qazanması heç də mümkün görünmür.

Buna baxmayaraq Əli Məsimli hesab edir ki, dolların da hegemonluğu əbədi deyil. Zamanı gələləndə dollar da bu dominant rolunu itirəcək.

“Xarici ticarətdə milli valyutalardan istifadə məsələsi yeni ideya olmasa da, son vaxtlar Rusiyada ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarına cavab olaraq xarici ticarət hesablaşmalarında ABŞ dollaraından imtina edilməsi məsələsi böyük aktuallıq kəsb etməyə başlayıb. Buna görə də Moskva rublun məzənnəsini sabit saxlamaq və rublu dolların təsir və təzyiq dairəsindən çıxmaq üçün müxtəlif yollar axtarır. Hazırda Rusiya hökuməti dollardan istifadədən imtina olunması ilə bağlı xüsusi sənəd də hazırlayıb. Bu layihədə yaxın zamanlarda dollardan imtina, hesablaşmalarda dollara qadağa qoyulması nəzərdə tutulmur. Dollardan imtinanın tədricən həyat keçirulməsi variantına üstünlük verilir. Bunun Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə rubla üstünlük verməklə, Çinlə - yuan, Avropa ölkələri ilə isə avro vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Dünya iqtisadiyyatında və ticarətində ABŞ dolların dominant rol oynaması təsadüfü xarakter daşımır. ABŞ dünya iqtisadiyytaının dörddə biri səviyyəsində çox böyük bir xüsusi çəkiyə malikdir. Hazırda dünya aktivlərinin üçdə ikisinə yaxını dollarda saxlanılır.Dünya ticarətinin əksər hissəsi dollar vasitəsilə hesablaşmadan keçir. Strateji məhsulların da yalnız dollar ilə satıldığını nəzərə alsaq ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda qlobal ticarətdə hegomon rol oynayır.

Bu üsulun üstünlükləri ilə yanaşı,təbii ki, çatışmazlıqları da var. Hər bir şey kimi, dolların da hegemonluğu əbədi deyil. Zamanı gələləndə dollar da bu dominant rolunu itirəcək.Ona görə də dollardan tədricən kənar durmaq məsələsi öz-özlüyündə aydın və izah oluna bilən məsələdir Amma dolların dominant rolunu itirməsi məsələsi yaxın və orta perspektivlə ölçülmür. Çünki dollarla hesablaşmaların qüsurları olsa da, iqsadtsadi reallıqlardan çıxış etməklə demək olar ki, hazırkı reallıqlar şəraitində hesablaşmalarda hələlik dollardan yaxşı vasitə tapılmayıb. Ona görə də bu proses xeyli vaxt aparacaq.

Ona görə də Rusiyanın dollardan imtina layihəsinin uğursuzluqla sonuclanacağı indidən bəllidir. Hazırkı reallıqlar şəraitində Rusya dollardan imtina edə və ya ona uğurlu əvəz tapa bilməz. Rusiya AB, sanksiyalarına qarşı karəsiz qalıb, təbliğat məqsədilə belə bir populist addım atsa,qısa zaman kəsiyində dünya iqtisadiyyatından təcrid olunacaq.

Əli Məsimli: “Hazırkı reallıqlar şəraitində Rusya dollardan imtina edə və ya ona uğurlu əvəz tapa bilməz”.

Biz bu üzdən Azərbaycanın bu layihəyə qoşulmasını ziyanlı hesab edirik. Beynəlxalq hesablaşmalarda dolların universal alternativi olmadığından, hazırda Rusiyanın istənilən ölkə ilə, eləcə də Azərbaycanla hesablamaları yalnız dollarla mümkündür. Əgər Rusiyadan başqa heç bir digər ölkə ilə hesablaşmalarda rus rublu işləmirsə, rubl Azərbaycanın nəyinə lazımdır? Hətta ikitərəfli ticarətdə müəyyən qədər rubldan istifadə edilmiş olsa belə,yenə də rubl və manat nisbəti bir-biri ilə birbaşa deyil, çarpaz məzənnə vasitəsilə müəyyənləşdiyindən, tərəflər alınıb-satılan malların rubl-manat nisbətini yenə də rublun dollara olan məzənnəsi əsasına müəyyən etdikdən sonra ortaq məxrəcə gələ biləcəklər.

Deməli bu halda da heç nə dəyişmir,dollar yenə də dominant rolunu oynamaqda davam edəcək. İndiyə qədər olduğu kimi, Rusiyanın timsalnda da dollardan imtina cəhdləri uğursuzluqla nəticələnəcək.

Onu da qeyd edim ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyaya ikili təsir göstərir: Bir təəfdən, Rusiya məcbur olub, bir sıra xalq istehlakı mallaınını özü istehsal etməyə və bu sahədə yerli istehsalı artırmağa çalışır. Digər tərəfdən isə Rusiyanın dünya maliyyə bazarından əlverişli şərtlərlə faydalanmaq və qabaqcıl Qərb texnologiyası əldə etmək imkanı məhdudlaşdırılıb, əsas komponentlər üzrə isə itirilib. Rusiya Ukrayna ərazilərini işğaldan azad etməsə, bu proses uzanacaq və Rusiya iqtisadiyyatını on illərlə geri atacaq. Dünya iqtisadiyytaında ABŞ-ın payı 25 faiz ətrafında, Rusiyanın payı isə cəmi 2 faiz ətrafındadır. Yəni Rusiyanın ÜDM-i ABŞ-dan 13 dəfə azdır.

Əli Məsimli: “Əgər Rusiyadan başqa heç bir digər ölkə ilə hesablaşmalarda rus rublu işləmirsə, rubl Azərbaycanın nəyinə lazımdır?”

Bu rəqəmlərin müqayissi aydın göstərir ki, belə vəziyyətdə Rusiya ABŞ-la ticarət müharibəsi aparacaq iqtidarında gücə malik ölkə deyil. Ona görə də Rusiyanın bu cəhdinin uğursuzluğa düçar olacağı bəllidir. Rusiyanın dollardan imtina cəhdləri imitasiyadan real addımlar səviyyəsinə keçsə, bu, ölkənin iqtisadiyyatında əlavə problemlər yaradacaq, o cümlədən rublun vaxtaşırı devalvasiyası təhlükəsini daha da artıracaq. Çünki rubl həm də dünyanın ən qeyri-sabit valyutaarından biridir”.

Maraqlıdır ki, bu ilin iyul ayında beynəlxalq ticarətdə dolların payı 42,63%, avronun payı 36,74%, rublun payı isə cəmi 0,26% olub. Bu statistika özü-özlüyündə hər şeyi deməkdədir.

Buna görə də Rusiya biznesmenlərinin təşvişini də başa düşmək mümkündür. Rublla alver onların biznesinin ancaq geriləməsinə və istehsalın aşağı düşməsinə səbəb ola bilər. Bütün bunları nəzərə alan Rusiya höküməti isə yeni planda iş adamlarını həvəsləndirəcək punktlar əlavə edib. Bunlardan biri də 2024-cü ildən sonra iş adamlarına xaricə satdıqları malların pullarını xarici banklarda saxlağa icazə verməkdir. Bunun üçün isə xarici bankda həmin vəsait rublla saxlanılmalıdır.

Lakin ekspertlər bu addımı da təhlükəli hesab edirlər. Çünki vəsaitlərin ölkədən çıxarılması prossesi asanlaşar və sonradan həmin vəsait digər əməliyyatlar nəticəsində geriyə qayıtmaya bilər. Ekspertlərin fikrincə dollarsızlaşdırma planında ən işlək forma rublla xarici alverini həyata keçirən şirkətlərə vergi güzəştləri etməkdir.

“İndiki halda Rusiyanın dollardan birmənalı imtina etməsi mümkün deyil. Rusiyanın 200-ə yaxın ölkə ilə xarici ticarət əlaqələri var və bu ölkələrin iqtisadi subyektləri Rusiya ilə başqa valyutalarda ticarət əlaqələrini davam etdirməkdə o qədər də maraqlı olmaya bilərlər”.

Bu sözləri isə iqtisadçı-ekspert Rəşad Həsənov Rusiyanın dollarsızlaşma siyasəti ilə bağlı cəhdlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Rusiyanın iqtisadi gücünün məhz neftin qiymətindən asılı olduğunu və ümumilikdə ABŞ-la rəqabət apara biləcək güclü iqtisadiyyata malik olmadığını bildirən iqtisadçı Rəşad Həsənova görə, bu baxımdan Rusiyanın dollarsızlaşdırma siyasəti onun iqtsadiyyatına zərər vura bilər. Ekspert həmçinin onu da xüsusi olaraq vurğulayıb ki, Rusiyada iqtisadiyyat yoxdur və Rusiya ticarət savaşlarına girə biləcək bir ölkə deyil.

Rəşad Həsənov Rusiyanın dollardan imtina siyasətinin beynəlxalq ticarətdə dolların mğvqeyini zəiflədə bilməyəcək. Nəticə olaraq Rusiyanın atdığı addımlardan sonra ciddi dəyişikliklər baş verməyəcək. Həmçinin dövlətlərarası rəsmi kontraktlarda biznesi bu istiqamətə məcbur etmək mümkün deyil. Hətta Rusiyanın daxilində belə dollarsızlaşdırmaya nail olmaq mümkün olmayacaq. Çünki biznes digər valyutalarla ticarətdə maraqlı olmayacaq və son nəticədə istehsal və ixracın həcmində neqativ dinamika formalaşacaq:

“Dollarsızlaşdırılma məsələsi heç zaman birmənalı qarşılanmır. Düzdür, son dövrlər müəyyən mənada normal iqtisadi sistemi qurulmayan ölkələrdə bənzər fikirlər səsləndirilir. Məsələn, bu fikir əvəllər İran və Çin tərəfindən gündəmə gətirilmişdi. Daha sonra isə Türkiyə bu fikirlə çıxış etmişdi.

Məsələ ondan ibarətdir ki, dünya ticarətinin təxminən 70%-i ABŞ dolları ilə həyata keçirilir. Eyni zamanda Mərkəzi Bankların qlobal rezervlərinin təxminən 65%-ni ABŞ dolları təşkil edir. Son dövrlər ABŞ dolları öz payını artırmağa başlayıb. Çünki dolların məzənnəsi dünya bazarlarında müəyyən mənada möhkəmlənir. Bu isə yığımlarda dollara marağın artmasına səbəb olur.

İndiki halda Rusiyanın dollardan birmənalı imtina etməsi mümkün deyil. Rusiyanın 200-ə yaxın ölkə ilə xarici ticarət əlaqələri var və bu ölkələrin iqtisadi subyektləri Rusiya ilə başqa valyutalarda ticarət əlaqələrini davam etdirməkdə o qədər də maraqlı olmaya bilərlər.

Rəşad Həsənov: “ABŞ dollarının məzənnəsi daha sabitdir və dolların arxasında dünya iqtisadiyyatının ¼-nə sahib olan ABŞ dayanır”.

Ümumiyyətlə, bir sıra hallarda niyə məhz ABŞ dollarından istifadə edilməsi ilə bağlı yanaşmalar görürük. Başa düşmək lazımdır ki, heç bir biznes subyekti ABŞ dollarının rəngini və ya keyfiyyətini xoşlamır. Məsələ budur ki, ABŞ dollarının məzənnəsi daha sabitdir və dolların arxasında dünya iqtisadiyyatının ¼-nə sahib olan ABŞ dayanır. Eyni zamanda dolların məzənnəsi ilə bağlı həyata keçirilən siyasət digər ölkələrlə müqayisədə daha effektivdir. Məsələn, son iki ildə Tramp hökuməti mümkün qədər ABŞ dollarının ucuzlaşması istiqamətində təzyiqlər edir. Lakin Federal Ehtiyat Sistemi (FED) öz işindədir. Yəni, Trampın təzyiqləri və fikirləri FED-in qəbul etdiyi qərarlara təsir etmir. Çünki FED müstəqil institutdur.

Məlumdur ki, ABŞ-da müstəqil institutlar var və bu institutlar ABŞ dollarının məzənnəsinin formalaşmasında daha effektiv qərarlar qəbul edə bilirlər. Dünya ticarətində məhz dolların hegemonluğunun əsas qaynağı da buradan irəli gəlir.

Alternativ valyutalarla ticarət təklif olunduqda, böyük ehtimalla bir sıra ticarət münasibətlərinin kontraktı baş tutmaya, ticarət dövriyyəsinin həcmi daha da kiçilə bilər. Başqa valyutalarla ticarət həyata keçirilsə, ələ keçən vəsaitlər yenə də daxili bazarlarda ABŞ dolları, avro və ya başqa etibarlı valyutalara dəyişdiriləcək. Yəni, nəticə olaraq ciddi dəyişikliklər baş verməyəcək. Həmçinin dövlətlərarası rəsmi kontraktlarda biznesi bu istiqamətə məcbur etmək mümkün deyil. Hətta Rusiyanın daxilində belə dollarsızlaşdırmaya nail olmaq mümkün olmayacaq. Çünki biznes digər valyutalarla ticarətdə maraqlı olmayacaq və son nəticədə istehsal və ixracın həcmində neqativ dinamika formalaşacaq.

Rəşad Həsənov: “Rusiyada iqtisadiyyat yoxdur. Bunu hər kəs bilir. Bu gün Rusiya iqtisadiyyatı İtaliya iqtisadiyyatı qədərdir. Bu baxımdan Rusiya ticarət savaşlarına girə biləcək bir ölkə deyil”.

Rusiyanın dollarsızlaşdırma siyasətinin uğursuz olmasına gəlincə, bu, sadəcə ümumi bir yanaşmadır. Bu siyasətin rublun məzənnəsinin formalaşması ilə bağlı ciddi təsirlərə malik olacağını gözləmək düzgün deyil. Rublun məzənnəsində əsas faktor neftin qiymətidir və bildiyiniz kimi, son günlərdə neft bahalaşmaqda davam edir. Bu bahalaşmadan qaynaqlanaraq rublun məzənnəsində də müəyyən qədər möhkəmlənmə baş verib. Son iki həftədə təxminən 7% rublun məzənnəsində möhkəmlənmə baş verib. Amma dünən yenidən rublun kəskin qiymət itirməsi baş verdi. Bu da onu göstərir ki, rublun məzənnəsinə həm də ABŞ-ın sanskiya siyasəti təsir edir.##relatedPostMilli##

Dollarsızlaşma siyasəti onsuz da əksər çevrələrdə ciddi qəbul olunmur və ona görə də hansısa yanaşma ortaya qoyulmur. Əlbəttə ki, bu siyasət uğursuz yanaşmadır və belə cəhdlərlə gələcəkdə rubl qarşısında formalaşa biləcək riskləri sığortlamaq mümkün deyil.

Ümumiyyətlə, Rusiya iqtisadiyyatı heç bir halda güclü olmayıb. Rusiya iqtisadiyyatının gücü neftdən qaynaqlanır və neft bahalaşda Rusiya iqtisadiyyatı güclü görünür. Rusiyada iqtisadiyyat yoxdur. Bunu hər kəs bilir. Bu gün Rusiya iqtisadiyyatı İtaliya iqtisadiyyatı qədərdir. Bu baxımdan Rusiya ticarət savaşlarına girə biləcək bir ölkə deyil. Bu baxımdan istənilən halda Rusiya ticarət savaşlarında böyük zərər görəcək”.

Göründüyü kimi Rusiya dollarsızlaşdırma planını tam olaraq reallaşdırmaq imkanına və resurslara sahib deyil. Rusiyanın iqtisadi güc olaraq meydana çıxması üçün elə bir şərt də mövcue deyil.

Digər tərəfdən Kremlin son illər atdığı qalmaqallı addımlar - Krımın ilhaqı, Donbasda tanınmamış respublikaların elan olunması, Donbas səmasında Malaziya sərnişin təyyarəsinin vurulması, ABŞ süçkilərinə müdaxilə, Britaniyada keçmiş QRU polkovniki Skripalın və qızının kimyəvi silahla zəhərləməsi kimi qalmaqallı addımlar Moskvanın imicinə ciddi zərər vurmaqla yanaşı, Putin hakimiyyətinə olan etimadı da kökündən sarsıdıb. Xüsusilə Rusiyanın yalan danışmasının ardınca yeni sübutlara qarşı daha böyük yalanları sırtıqcasına ortaya atmaqla Kreml beynəlxalq aləmdə gülünc durumuna düşüb və Moskva üçün ən pisi odur ki, Putinin yürütdüyü siyasət ruslara qarşı inamsızlıq yaratmaqla yanaşı, rusofobiyanı da bütün dünyada artırmaqdadır. Bu ortamda Rusiya hökümətinin dollarsızlaşdırma planı təbii ki, blef xarakterlidir və psixoloji təbliğat alətindən başqa bir şey deyildir.

Gülşən ŞƏRİF

Nərminə UMUDLU

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ağsuda “Kamaz” yol kənarına aşıb, bir nəfər xəsarət alıb

Ən çox oxunanalar