Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan bu təşkilatı terror siyahısına saldı

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində fəaliyyət göstərən Maliyyə Monitorinq Xidməti sanksiya tətbiq edəcəyi şəxslərin siyahısına yeni adlar və təşkilatlar əlavə edib

Bununla bağlı məlumat palatanın rəsmi saytında yerləşdirilib.

Məlumata görə, palatanın Maliyyə Monitorinq Xidməti "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısı”nı BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə” Sanksiya Komitəsinin 23 avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yeniləyib.

"Qara siyahı”ya "Jama'a Nusrat ul-Islam wa al-Muslimin” (JNIM) təşkilatının adı salınıb. Bu təşkilatın "Əl-Qaidə” və digər terror təşkilatları ilə əlaqəsi olduğu bildirilir. JNIM-in öz fəaliyyətini Mali və Burkina-Fasoda həyata keçirdiyi bildirilir.

Qeyd edilir ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Siyahını hazırlayan Maliyyə Monitorinqi Xidməti ölkə prezidentinin 2009-cu il 23 fevral tarixli, 66 nömrəli fərmanı ilə yaradılıb.

Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən orqandır.

Maliyyə Bazarlarına Nəzarət Palatası cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində öz səlahiyyətlərini Maliyyə Monitorinqi Xidməti vasitəsilə həyata keçirir. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar