Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Düşənbədəki söhbət bir daha göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır"

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev Düşənbədə Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri arasındakı söhbətlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb

PİA.AZ həmin müsahibəni təqdim edir:

- Düşənbədə MDB-nin zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri arasında söhbət olub. Bu barədə nə deyərdiniz?

- MDB dövlət başçılarının Düşənbədə keçirilmiş zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. Bu bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar məhz ErmənistanAzərbaycan arasında aparılır. Onu da əlavə etmək istərdim ki, eyni format çərçivəsində ErmənistanAzərbaycan xarici işlər nazirlərinin sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilmişdi.

Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişənin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Bu Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir.

- Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsini necə şərh edərdiniz?

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, atəşkəsin pozulmasının əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və hərbi işğal faktının davam etməsidir. Bu əsnada həmişə də atəşkəs rejiminin pozulmasının və vəziyyətin gərginləşdirilməsinin səbəbkarı Ermənistan tərəfi olub. 2014-cü ilin noyabrında dövlət başçılarının Parisdə keçirilmiş görüşündən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi genişmiqyaslı hərbi təlimləri və məlum helikopter insidentinin baş verməsinin təhrik edilməsini, həmçinin, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutmasını və vəziyyətin qəsdən gərginləşdirilməsini xatırlatmaq istərdim. Odur ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə nəinki hərbi risk amili aradan qalxmış olar, heç atəşkəs rejiminə ehtiyac belə qalmaz və münaqişənin siyasi həlli üçün hərtərəfli imkanlar açılar. Bununla da regionda dayanıqlı sülh, sabitlik və təhlükəsizlik təmin olunar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar