Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Poroşenkoya qarşı etiraz aksiyası keçirildi

Ukraynanın paytaxtı Kiyevdə millətçilər Ali Rada (parlament) və prezident Pyotr Poroşenko administrasiyasının binası önünə yığışaraq etiraz aksiyası keçiriblər

AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu gün səhər saatlarından Ali Rada önündə toplaşan ultra-sağçı “Milli korpus” partiyasının üzvləri Ukraynanın şərqində Donbass münaqişə zonasındakı hərbi əməliyyatlarda könüllü iştirak edən əcnəbilər üçün Ukrayna vətəndaşlığının verilməsi prosesinin sadələşdirilməsini tələb ediblər.

Əraziyə gələn çoxsaylı təhlükəsizlik qüvvələri etirazçıların parlamentin binasına daxil olmasının qarşını almağa çalışarkən fişəng və butulkalardan istifadə etməklə müqavimət göstərməyə cəhd edən nümayişçilərlə qarşıdurmada olub və bir neçə polis əməkdaşı xəsarət alıb. Etirazçılardan isə xəsarət alan olmayıb.

Daha sonra Konstitusiya meydanından Bankov küçəsinə yürüş edən etirazçılar prezident Pyotr Poroşenko administrasiyasının binası qarşısında “Könüllülərə pasport!” şüarı altında aksiyanı davam etdiriblər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ukraynanın güc strukturları etirazçıların administrasiya binasına yaxınlaşmasına mane olmaq məqsədilə polis kordonu formalaşdırıblar. Nümayişçilərin tələblərini dinləyib qeydə almaq üçün Poroşenkonun nümayəndəsi onlarla görüşə çıxsa da, etirazçılar şəxsən Poroşenkonun özü ilə görüşüb danışmaq istədiklərini, əks təqdirdə ərazini tərk etməyəcəklərini bəyan ediblər. Hətta onlardan bəziləri özlərini administrasiya binasının hasarlarına qandallayıblar.

Etirazçılar polislə toqquşmaq niyyətlərinin olmadığını və dinc aksiya keçirdiklərini deyiblər. Mümkün qarşıdurmanın qarşını almaq məqsədilə polis əməkdaşları və Milli Qvardiyanın hərbçiləri prezident administrasiyasının ətrafında güclü nəzarət-mühafizə rejiminə keçib.

pia.az 


Etiket: Poroşenko

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar