Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlyas İsmayılovun oğlunu öldürən iş adamı tutuldu - Video

İstanbulda azərbaycanlı iş adamı Etimad İsmayılovun qətlində şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq polis rəisi olan G.Dəmirov gecə saatlarında keçirilən xüsusi əməliyyat nəticəsində Beşiktaş Etilər məhəlləsində ələ keçirilib.

Qətlin səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. İddia edilir ki, 19 sentyabr tarixində axşam saatlarında E.İsmayılov öz ofisində G.Dəmirovla görüşüb. Aralarında pul məsələsi olan iş adamlarının mübahisəsi qanlı cinayətə səbəb olub.

Mübahisə zamanı Dəmirov üzərində gəzdirdiyi silahla İsmayılovun baş və ürək nahiyəsinə atəş açaraq hadisə yerindən uzaqlaşıb. İsmayılov təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, cinayətdə adı hallanan G.Dəmirov 90-cı illərdə DİN-in idarə rəisi olub. O, Türkiyəyə köçərək orada biznes fəaliyyəti ilə məşğul olub. E.İsmayılov isə Azərbaycanın sabiq deputatı, Ədalət partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar