Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Könül Kərimova ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Könül Kərimovaya və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın məhkəməsi keçirilib

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmiş Könül Kərimova ifadə verib.

O deyib ki, oğlunu universitetə tələbə kimi düzəltmək M.Məmmədovaya ümumilikdə 32 min manat pul verib və onun 11 min manatının geri ala bilib: "İş alınmayandan sonra Məlahəti tapa bilmədim. Zəng çatmadı, mesajlara cavab vermədi".

M. Məmmədova isə K. Kərimovanın həmin pulu oğlunun Rusiyadakı təhsilinə xərclədiyini deyib. Bu cavab müğənnini özündən çıxarıb.

O, "mən də artistəm, amma burada artistlik etmək lazım deyil. Heç "Azdrama"da sizin kimi artist yoxdur" deyə reaksiya verib.

M. Məmmədova isə əlavə edib ki, K. Kərimovadan aldığı 15 min manatı Təhsil Nazirliyində işləyən Rafiq adlı şəxsə verib: "Sonra müstəntiq araşdıranda bəlli oldu ki, həmin adam dələduzluğa görə tutulub. Könül xanım oğlunun yataqxana xərci və təhsil haqqı üçün 12 min 500 manat xərcləyib. Köçürmə üçün verdiyi pulu Rafiqi apardı, amma mən ödədim.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İttihama görə, M.Məmmədova bir neçə şəxsə müxtəlif vədlər verərək 300 minə yaxın pul alaraq qaytarmayıb. O, müğənni K. Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.

M.Məmmədova əvvəllər də dələduzluqda ittiham olunub və şərti cəza alıb. (qafqazinfo.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ən çox oxunanalar