Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq siyasətin İdlib “düyünü” - Rusiya Bəşər Əsədi qalib elan edə biləcəkmi?

Pünhani Əsgərli: “ABŞ-ın Rusiya və Əsədə müəyyən güzəştlərə getməsi mümkündür. Ancaq bunu Qərbin Suriyada məğlubiyyəti kimi qələmə vermək düzgün olmaz”

Əhəd Məmmədli: “Bir tərəfdən Türkiyə və ABŞ, o biri tərəfdən isə Rusiyaİranın mövcudluğu “böyük qarşıdurma” deməkdir”.

Suriyanın İdlib bölgəsi üzərində beynəlxalq güclər üz-üzə gəliblər. Rusiya, İranBəşər Əsəd qüvvələri İdlibə hücum hazırlığı içindədirlər. Belə ki, Rusiyaya məxsus döyüş təyyarələri son üç gün ərzində İdlibin qərbi, cənub-qərbi və Həmanın şimalına hücum edib və hücumlar nəticəsində 10 sivil həyatını itirib, 20 adam isə yaralanıb.

Türkiyə hazırda Suriya ilə sərhədin İdlib hissəsində 50 minlik ordu toplayıb. ABŞ-ın rəhbərliyi altında olan Qərb koalisiyası isə İdlibdə kimyəvi silahdan istifadə ediləcəyi təqdirdə Suriyaya ağır zərbələr endirəcəyini bildirib. Hətta rus mövqelərinin də vurulmasının hədəflər arasında olduğu bildirilir. Digər tərəfdən, Türkiyə ilə Rusiyanın Suriya üzrə ziddiyyətlərinin ortaya çıxması Qərb koalisiyası üçün müsbət cəhət kimi dəyərləndirilir. Qeyd edək ki, Rusiyanın BMT-dəki səlahiyyətli nümayəndəsi Vasili Nebenzya dünən bildirib ki, Rusiyaİranın dəstəyi ilə Bəşər Əsəd qüvvələri İdlibə hücum etdiyi halda ABŞ-ın rəhbərliyi altında olan Beynəlxalq Koalisiya Suriyanın hökümət qüvvələrini raket atəşinə tutacaqlar.

Xatırladaq ki, son günlərə qədər ABŞ səlahiyyətliləri Suriya hökumət qüvvələrinin İdlibə planlaşdırılan hücumdan qabaq kimyəvi silah tətbiq edəcəyinə dair sübutları olduğunu da söyləyiblər. Yəni, artıq ABŞ Əsəd qüvvələrinin kimyəvi silahdan istifadə etməsini gözləməyəcək və İdlib uğrunda döyüşdə müxalifətin tərəfində vuruşacaq. Bu isə onsuz da İdlib ətrafında olan ehtirasları daha da qızışdırır. Bəzi ekspertlərə görə isə Suriyada İdlib qarşıdurmasının kəskinləşməsi Türkiyə ilə Rusiyanın ciddi şəkildə arasını vura bilər.

İdlibin Suriyada olan beynəlxalq güclər üçün paylaşılamayan “tort hissəsinə” çevrilməsinin isə bir neçə səbəbi var. Hər şeydən əvvəl bölgə karbohidrogen ehtiyatları ilə zəngindir. Lakin ən əsas səbəb Rusiya İdlibi Bəşər Əsədə təslim etməklə, Suriyadakı vətəndaş müharibəsinin bitirmək istəyir. Və məhz Bəşər Əsədin qələbəsi ilə bitirmək istəyir. Bu isə Suriya ilə bağlı Qərbin bütün planlarını alt-üst edir və ABŞ-ın 7 ildir davam edən Suriya müharibəsindən məğlub olaraq ayrılması anlamına gəlir. Həm də tək ABŞ-ın deyil, İsrailin, ABŞ-a bağlı ərəb koalisiyasının və təbii ki, Avropa Birliyinin və Türkiyənin... Bəşər Əsədin qələbəsi həm də Suriyada və Aralıq dənizində İranRusiyanın hegemoniyasının başlanğıcı olacaq. Təbii ki, bütün bunlarla ABŞ-ın, İsrailin, Səudiyyə Ərəbistanının və Türkiyənin razılaşması imkansız görünür. ABŞ Aralıq dənizi kimi strateji su hövzəsində Rusiyanın, xüsusən də İranın strateji mövqe qazanmasına göz yumarsa, bu Vaşinqtonun super güc olaraq sonunun başlanğıcı olar.

Qərb koalisiyası İdlibi Bəşər Əsədə, dolayısı ilə Rusiyaİrana güzəştə gedə bilərmi, yoxsa İdlib böyük müharibənin qapılarını aça bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı ACSIS Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Pünhani Əsgərlipolitoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib.

Pünhani Əsgərli: “Sadəcə bəzi güc dəngələri dəyişir. Ancaq ehtimal olunan bir kimyəvi silahdan istifadə bütün oyun qaydalarını dəyişə də bilər”.

Mövcud vəziyyətdə İdlibin güclər arasında böyük savaş yaratmaq imkanına malik olmadığını vurğulayan politoloq Pünhani Əsgərlinin fikrincə, bu məsələdə Qərbin Rusiya və Əsədə güzəştə getməsi mümkündür:

“Hal-hazırda bütün dövlətlərin Suriya münaqişəsində ortaq nöqtəsi heç şübhəsiz ki, terror qruplaşmalarına qarşı mübarizədir. Çünki bu terror qruplaşmalarındakı şəxslər müxtəlif ölkələrin vətəndaşlarıdır və bu, həmin ölkələr üçün də ciddi təhlükədir. Bu ölkələrə Rusiya, İran, Çin, Türkiyə, Avropa dövlətləri və hətta ABŞ-ı da aid etmək olar. İdlib terroristlərin ən çox məskunlaşdığı ərazilərdən biridir. 3 milyondan çox əhalisi ilə yanaşı, müxtəlif cihadçı qruplaşmalar da bölgədə məskən salıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

 

Rusiya və Əsəd rejiminin İdlibi nəzarət altına alması əlbəttə ki, terrorizmin səngiməsinə gətirib çıxara bilər. Bununla birlikdə Əsəd yenidən Suriyada güclü mövqeyini geri qaytaracaq. Bu məsələdə ABŞ-ın Rusiya və Əsədə müəyyən güzəştlərə getməsi mümkündür. Ancaq bunu Qərbin Suriyada məğlubiyyəti kimi qələmə vermək düzgün olmaz. Sadəcə bəzi güc dəngələri dəyişir. Ancaq ehtimal olunan bir kimyəvi silahdan istifadə bütün oyun qaydalarını dəyişə də bilər.

Bu məsələdə Türkiyənin də mövqeyi önəmlidir. Çünki İdlibə olan bir müdaxilə Türkiyəyə yeni mühacir axınına gətirib çıxaracaq. Türkiyə iqtisadiyyatının bu günü isə bu axını qarşılamağa tab gətirə bilməz. Nəticədə deyə bilərik ki, İdlib kimi lokal obyektlər böyük müharibənin açarı ola bilməzlər. Dünyada davam edən iqtisadi böhran şəraitində Rusiyanın ABŞ-la açıq müharibəyə getməsi isə ehtimallardan kənardır”.

“Əhəd Məmmədli: “Qərb koalisiyası İdlibə görə Rusiya ilə açıq savaşa girən deyil. İdlibi qətliamdan ancaq Türkiyə qurtara bilər”.

İdlib məsələsində Türkiyə ilə ABŞ-ın anlaşa biləcəyini hesab edən politoloq Əhəd Məmmədliyə görə, İdlibi qurtara bilən yeganə ölkə Türkiyə ola bilər:

“Qərb koalisiyası İdlibə görə Rusiya ilə açıq savaşa girən deyil. İdlibi qətliamdan ancaq Türkiyə qurtara bilər. Diplomatik yolla da olmasa, hərbi yolla Türkiyə İdlibi qurtara bilər. İdlibə hücum Türkiyədən əlavə ABŞ-ın da maraqlarına cavab vermir. İdlibə hücum olsa və bu hücumda kimyəvi silah istifadə edilsə, bu gedişat ABŞ-ın İdlib savaşına qoşulması üçün əlavə bəhanələr yaradacaq.

Bir tərəfdən Türkiyə və ABŞ, o biri tərəfdən isə Rusiyaİranın mövcudluğu “böyük qarşıdurma” deməkdir. İdlib məsələsində Türkiyə ilə ABŞ anlaşa bilər. Fikrimcə, Putin İdlibə hücum edib-etməmək barədə yenə də fikirləşməlidir”.

Xatırladaq ki, dünən Şərq iqtisadi forumunda çıxış edən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov amerikalıların ictimai fikrində Rusiyanın “şər bardağı” olması barədə ABŞ istiblişmenti rəy formalaşdırıb. Lavrov həmçinin vurğulayıb ki, Rusiya ilə ABŞ münasibətlərini “zəhərləyiblər”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar