Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi və Turizm Agentliyi Azərbaycanın imicini niyə qorumaq istəmədi?

Bunu qeyri-peşəkarlıq adlandırmalıyıq, yoxsa işə laqeydlik?

Çingiz İsmayılov: “Əsaslı faktlar əsasında təhlil olmadıqda, hansısa iddianı ciddi qəbul etmək lazım deyil”.

Aynur Hüseynova: “Ərəb blogerin məlum araşdırması son dövrlərdə inkişaf edən turizmə xələl gətirməkdən başqa bir şey deyil”.

Son illər istər turist, istər təhsil, istərsə də yaşamaq üçün ərəb ölkələrindən Azərbaycana gələnlərin sayında artım hiss olunur. Rəsmi statistikaya görə, ötən il Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 700 min turist gəlib. Ərəb ölkələrindən gələnlərin sayı isə 65% artıb. Ərəb ölkələrindən 600 mindən çox turist Azərbaycana gəlib. Aparılan təhlillərə əsasən ərəb turistlər nəinki yay, hətta qış aylarında da Azərbaycana üz tutacaqlar. Ölkəyə ərəb axını isə ölkə ictimaiyyəti tərəfindən heç də birmənalı qarılanmır. Ən maraqlısı isə odur ki, mətbuatda tez-tez ərəb turistlərin ölümü ilə xəbərlərə rast gəlmək mümkündür. Elə bu baxımdan ərəb bloger Ali Əthab Azərbaycana gələn turistlərin buradakı yaşam tərzləri ilə bağlı araşdırma aparıb.

Onun bildirdiyinə görə, Bakıya gəlmə səbəbi ərəb turistlərin ölüm səbəbini araşdırmaqdan ibarətdir. Bloger Azərbaycanda ərəblərin daha çox gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib. Və araşdırmalarına əsasən bloger belə qənaətə gəlib ki, Bakıda 8 min ərəb QİÇS xəstəliyinə yoluxub. Hətta Ali Əthabın hazırladığı reportaj İraq telekanallarında da yayımlanıb.

Qeyd: Ərəb bloger Ali Əthabın araşdırması isə BURADAN tanış ola bilərsiniz.

Qeyd edək ki, Səhiyyə Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə məsələ ilə bağlı PİA.az-ın əməkdaşına bildirib ki, heç Azərbaycanın özündə 8000 nəfər QİÇS xəstəsi yoxdur. Bu baxımdan ərəb blogerin iddiası əsassız və çox absurddur.

Diqqət çəkən məsələ odur ki, Səhiyyə Nazirliyi və Turizm Agentliyinin Mətbuat xidmətləri bir sutkadan artıq zaman ərzində Azərbaycan imicinə ciddi ziyan vuran, eyni zamanda iqtisadi, mənəvi ziyan vuran bu absurd və absurd olduğu qədər də sərsəm iddiaya cavab verməyi lazım bilmədilər. Bunu nəylə izah etmək olar? Səbəb Səhiyyə Nazirliyi və Turizm Agentliklərinin mətbuat xidmətlərinin qeyri-peşəkarlığıdır? Yoxsa onların “Araz aşığından, Kür topuğundan” olduğuna görəmi susurlar? Söhbət hər şeydən əvvəl Azərbaycan dövlətinin imicindən gedir. Və belə görünür ki, bir-iki jurnalist təşəbbüs göstərib Səhiyyə Nazirliyinə və Turizm Agentliyinə müraciət etməsəydi, bu qurum ümumiyyətlə baş verənlərə susacaqdı.

Maraqlıdır ki, Azərbaycana gələn ərəb turistlərin QİÇS xəstəliyinə yoluxması ilə bağlı iddiasını Səhiyyə Nazirliyi necə dəyərləndirir? Doğurdanmı Azərbaycanda kütləvi şəkildə QİÇS xəstəliyinə yoluxmaq mümkündür? Ümumiyyətlə, yüngül həyat keçirən qadınlar tibb məntəqələrində nəzarətdə saxlanılırmı və onların müayinəsi həyata keçirilirmi? Həmçinin Turizm Agentliyi Səhiyyə Nazirliyi ilə birlikdə turistlərin sağlamlığı üçün hansısa tədbirlər həyata keçirirmi?

Ərəb blogerin absurd iddiasından sonra Azərbaycanda fahişəxanaların leqallaşması barədə düşünməyə dəyərmi?

Eyni zamanda ərəb blogerin iddiası Azərbaycanda turizmə necə təsir edə bilər və ərəb blogerin yaydığı materialı turizmə qarşı təxribat kimi qiymətləndirmək olarmı?

Suallar çoxdur, lakin cavab verən yoxdur.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov“Amore Travel”-ın direktoru Aynur Hüseynovanın fikirlərini öyrənib.

Aynur Hüseynova: “Ərəb blogerin iddiaları tamamilə yanlışdır”.

Ərəb blogerin iddiasının əsassız olduğunu bildirən “Amore Travel”-ın direktoru Aynur Hüseynovanın fikrincə, bu iddia sadəcə olaraq Azərbaycan turizminə zərər vurmaq istəyindən irəli gəlir:

“Məlumdur ki, son dövrlərdə ərəblərin ölkəmizi axını çoxluq təşkil edir. Əslində ölkəyə xeyli sayda turistin gəlməsi yerli əhali tərəfindən birmənalı qarşılanmasa da, bu axın xidmət sektorunun inkişafına müsbət təsir edir. Bununla yanaşı, xidmət sektorunda çalışan insanlar üçün də əlverişlidir. Fikrimcə, ərəb blogerin iddiaları tamamilə yanlışdır. Ərəb blogerin məlum araşdırması son dövrlərdə inkişaf edən turizmə xələl gətirməkdən başqa bir şey deyil”.

Çingiz İsmayılov: “Ölkəyə gələn ərəb turistləri yoxlamaq lazımdır və ya QİÇS xəstəliyinə tutulmaması ilə bağlı rəsmi sənədləri olmalıdır”.

Ərəb blogerin iddiasının əhəmiyyətə malik olmadığını bildirən Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov hesab edir ki, bu cür məlumatlar turistlərin getdiyi istənilən ölkənin mətbuatında rast gəlinən hallardandır:

“Turistlərlə bağlı bu cür məsələlər tək Azərbaycanda deyil, bütün dünyada qabardılır. Ölüm, qəza, yoluxucu xəstəliklərlə bağlı xəbərlər turistlərin getdiyi hər bir ölkədə aktual mövzulardan biri olur. Bizdə faktlar var ki, ərəblərin olduğu otellərdə müxtəlif xoşagəlməz infeksion xəstəliklər var. Xaricdən hansısa ölkəyə turistlər gedirsə, bu risklər daim mövcud olur.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ərəb blogerin iddiaya etdiyi kimi, 8000 ərəbin QİÇS xəstəliyinə tutulması ilə bağlı onları öncədən yoxlamaq lazım idi. Bəlkə elə özləri ölkəyə QİÇS xəstəsi kimi gəliblər?! Azərbaycan QİÇS xəstəliyinin yayılmasına görə lider ölkələrə daxil deyil. Ərəblərin gigiyenik baxımdan nə dərəcədə normal olması barədə məlumatsızıq. Bu baxımdan düşünürəm ki, ölkəyə gələn ərəb turistləri yoxlamaq lazımdır və ya QİÇS xəstəliyinə tutulmaması ilə bağlı rəsmi sənədləri olmalıdır. Əsaslı faktlar əsasında təhlil olmadıqda, hansısa iddianı ciddi qəbul etmək lazım deyil.

Ümumiyətlə, hansısa blogerin ağlına gələni yazmasına fikir vermək doğru olmaz. Çünki o bloger ərəb deyil, erməni də ola bilər. Azərbaycanın davamlı inkişafına qibtə edənlər və maneəçilik törətmək istəyənlər kifayət qədərdir. Ona görə də bu cür iddialara heç reaksiya vermək lazım deyil. Əgər rəsmi məlumat olsaydı, münasibət bildirmək olar. Ümumən dövlət strutkurlarında narkomanların, müxtəlif yoluxucu xəstəliyi olan insanların sayı qeydə alınır. Bu baxımdan hansısa blogerin yaydığı rəqəm sayına əhəmiyyət verməmək lazımdır”.

Qeyd edək ki, Çingiz bəyin “bu cür iddialara heç reaksiya vermək lazım deyil” fikrinə rəğmən İraq televiziyasında yayımlanan süjet bütün ərəb dünyasında reaksiya doğurub.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar