Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda ABŞ-Rusiya qarşıdurması ola bilər?

Lavrovun son çıxışına ABŞ-ın Ermənistandakı səfiri də reaksiya verib. Səfir Riçard Mills Ermənistan hakimiyyətinin Rusiya vəzifəli şəxslərinin onlara irad tutmasına reaksiya verməli olduğunu vurğulayıb.

Politoloq: “Putin Paşinyan qarşısında şərtlərini daha da konkretləşdirəcək”

Ermənistanda dövlət səviyyəsində aparılan araşdırmalar, rusmeylli qüvvələrin ölkənin siyasi arenasından yığışdırılması iki ölkə arasında münasibətlərin korlanmasına səbəb olur”.

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistan-Rusiya münasibətlərinin indiki durumunu şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Ermənistanın baş naziri sentyabrın 8-də Moskvada Putinlə görüşəcək. Bu barədə “İzvestiya” qəzetinə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Bəzi iddialara görə, bu görüş kritik xarakter daşıyır. Görüşün kritik olacağına dəlalət edən əlamətlərdən biri də Lavrovun son çıxışı zamanı Ermənistanla bağlı əndişələrini dilə gətirməsi olub. Lavrov Moskvanın Ermənistanda baş verənləri diqqətlə izlədiyini dilə gətirərək, hələ də “Ermənistanda quyu qazıldığına” təəccübünü ifadə edib. Rusiyalı nazir bununla Ermənistanda 1 mart hadisələri ilə bağlı həbslərin aparılmasına narazılığını dilə gətirib: “Əlbəttə, biz indiki vəziyyətdə Ermənistanın KTMT qarşısında öhdəliklərinin necə göründüyünə biganə qala bilmərik, belə ki, bu öhdəliklər qüvvəsindədir və onlar tam həcmdə icra edilməlidir, o cümlədən ümumi təşkilatımızımn nüfuzunun və imicinin möhkəmləndirilməsi baxımından”, - deyə Lavrov vurğulayıb.

Lavrova cavab verən Ermənistanın baş naziri Nikol Paşinnyan isə ritorik “Hə, bu gün hava çox istidr”, cümləsini işlətməklə vəziyyətdən çıxmağa çalışıb. Maraqlıdır ki, Lavrovun çıxışına ABŞ-ın Ermənistandakı səfiri də reaksiya verib. Səfir Riçard Mills Ermənistan hakimiyyətinin Rusiya vəzifəli şəxslərinin onlara irad tutmasına reaksiya verməli olduğunu vurğulayaraq bildirib ki, onun ölkəsi 1 mart hadisələrinin sona qədər istintaq olunmasının tərəfdarıdır.

Lavrovun son çıxışındakı eyhamlar ona görə önəmlidir ki, Rusiya diplomatiyasının şefi baş verənlərin Ermənistanın daxili işi olduğunu vurğulasa da əslində Rusiyanın Ermənistanın daxili işinə qarışa bilən yeganə ölkənin Rusiya ola biləcəyinin altından xətt çəkir. Elə bu eyhamlar da ABŞ-ın Ermənistandakı səfirini Lavrovun çıxışına reaksiya verməyə məcbur edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Xatırladaq ki, son illər Ermənistanda anti-rusiya ab-havasının hökm sürdüyünü nəzərə alsaq, hətta ErmənistanRusiya arasında münasibətlərin bundan sonrakı taleyinə görə məsuliyyətin Paşinyanın ikili siyasətindən asılı olacağı da ehtimal edilir. Bu da məlumdur ki, Rusiya-Ermənistan münasibətlərinin əsas dinamikasından bir fazasını da Dağlıq Qarabağ münaqişəsi formalaşdırır.

Onu da qeyd edək ki, Paşinyandan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Soçidə Putinlə görüşdü. Məlumatlara görə isə Moskvada Putin-Paşinyan görüşündə Qarabağ məsələsi də əsas müzakirə obyektlərindən biri olacaq. Hətta bəzi ekspertlərə görə, Paşinyan və onun yaxın ətrafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda separatçı rejimin iştirakının real olmadığını anlayır. Lakin mövcud olan siyasi məsələlərlə yanaşı, Ermənistanın Rusiya-Qərb oxunda tarazlıq yaratmağa çalışması iki ölkə arasında gərginliklərin yaşanmasına da zəmin yaradır.

Bundan sonrakı dönəm üçün Rusiya-Ermənistan münasibətləri hansı səviyyədə ola bilər? Ermənistanda bu və ya digər şəkildə Qərb-Rusiya qarşıdurması gözlənilirmi? Hazırkı durumda Moskva güzəştlərə getmək və əvvəlki razılaşmaya uyğun olaraq 5 rayonun qaytarılması ilə bağlı Paşinyana təzyiqlər edə bilərmi?

Bu mövzularla bağlı PİA.AZ-ın əməkdaşı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədovun fikirlərini öyrənib.

Zaur Məmmədov: “Azərbaycan Paşinyandan konstruktivlik gözləyir. Əgər Paşinyan bu konstruktivliyi nümayiş etdirməsə...”.

Ermənistanda anti-Rusiya tərəfdarlarının çox olduğunu bildirən politoloq Zaur Məmmədova görə, bu baxımdan Rusiya-Ermənistan görüşü zamanı Putin öz şərtlərini daha açıq şəkildə bildirəcək:

"Son zamanlar Ermənistanla Rusiya arasında münasibətlərin hansı mərhələdə olduğu artıq bəllidir. Paşinyan-Putin görüşündən sonra Paşinyan qərbyönümlü siyasət aparmayacağını bildirmişdi. Lakin praktikada bu fikirlərin əksini gördük. Ermənistanda dövlət səviyyəsində aparılan araşdırmalar, rusmeylli qüvvələrin ölkənin siyasi arenasından yığışdırılması iki ölkə arasında münasibətlərin korlanmasına səbəb olur. Həm də Paşinyanın hakimiyyətə gətirdiyi şəxslər öz anti-Rusiya siyasətləri ilə seçilirdi. İndiki görüşdə Putin Paşinyan qarşısında şərtlərini daha da konkretləşdirəcək.

Əslində Ermənistanda parlament seçkiləri qış ayında keçirilməli idi. Paşinyan bilərəkdən may və iyun ayına çevirdi. Məsələ ondan ibarətdir ki, Ermənistanın böyük hissəsi Paşinyanın apardığı siyasəti dəstəkləyir. Lakin Qarabağ erməniləri Rusiyanın bölgədən getməməsini istəyirlər. Çünki uzun illərdir ki, Ermənistanda hakimiyyətin “Qarabağ klanı” olmasının ən böyük dəstəkçisi Rusiya olub. Təbii ki, Dağlıq Qarabağ, Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın Rusiyanın baxışı altında bir sıra ekspertlər səviyyəsində müzakirə olunan təşkilatlara qəbul olub-olmaması məsələsi də müzakirə olunacaqdı. Ermənistan buna görə də narahatdır.

Zaur Məmmədov: “Qarabağ erməniləri Rusiyanın bölgədən getməməsini istəyirlər. Çünki uzun illərdir ki, Ermənistanda hakimiyyətin “Qarabağ klanı” olmasının ən böyük dəstəkçisi Rusiya olub”.

Ermənistan Azərbaycanın istər Avrasiya İttifaqı, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yaxınlaşmasının əleyhinədir. Onsuz da Azərbaycan bu təşkilatlar ilə öz gələcəyi qura bilməz.
Çünki Azərbaycan Qərbə inteqrasiya yolunu seçib və eyni zamanda balanslaşdırılmış siyasət yürüdür.

İlham Əliyev-Putin görüşünə gəldikdə isə Azərbaycan hələlik neytral mövqe tutur və Ermənistanın daxili siyasətinə qarışmır. Azərbaycan Paşinyandan konstruktivlik gözləyir. Əgər Paşinyan bu konstruktivliyi nümayiş etdirməsə, o zaman Azərbaycan digər yollarla ərazi bütövlüyünü təmin etməyə çalışacaq.

Bildiyiniz kimi, Sərkisyanın vaxtında 5 rayonun Azərbaycana qaytarılması gündəmdə idi. Lakin hakimiyyət dəyişikliyi bu məsələni bir növ arxa plana atdı. Ermənistanda parlament seçkilərinin vaxtının dəyişilməsi də Dağlıq qarabağ məsələsində fasilənin yaranmasına səbəb oldu”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar