Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada həbs edilən Eldar Orucov Azərbaycan hakimiyyətinin qatı düşmənidir?

Bu şəxs Azərbaycan hakimiyyəti tərəfindən seriya ağır cinayətlərə görə axtarılır

Moskva polisinin əməkdaşları paytaxtın mərkəzində, şəhər baş polis idarəsinin düz qarşısında çoxsaylı ağır cinayətlərdə ittiham olunan Azərbaycan vətəndaşını saxlayıblar. Virtualaz.org TASS-a istinadla xəbər verir ki, həmin şəxs o cümlədən terrorçuluqda və hakimiyyəti zorla ələ keçirmək cəhdində ittiham olunur.

Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, avqustun 28-də Moskva şəhər Baş polis idarəsinin (Petrovka küçəsi, ev 38) düz qarşısında sənədlərin yoxlanılması zamanı 1964-cü ildə anadan olmuş Orucov Eldar Zübeyir oğlu saxlanılıb.

Məlum olub ki, bu şəxs Azərbaycan hakimiyyəti tərəfindən seriya ağır cinayətlərə görə axtarılır. Mənbənin bildirdiyinə görə saxlanılan şəxs o cümlədən terrorçuluqda, qanunsuz silah alverində, qətldə, sağlamlığa qəsdən ağır xəsarət yetirməkdə, quldurluqda və hakimiyyəti zorla ələ keçirmək cəhdində ittiham olunur.

“Orucovun barəsində materiallar onun Azərbaycana ekstradisiyası məsələsinin həll edilməsi üçün prokurorluğa verilib” - mənbə deyib.

Orucov Eldar Zübeyir oğlunun barəsində Azərbaycan hüquq mühafizə orqanlarından əlavə məlumatlar əldə etmək hələlik mümkün olmayıb. Bununla belə internet mənbələrində adı, soyadı və atasının adı, üstəlik təvəllüd tarixi eyni olan şəxs barədə məlumatlara rast gəlinir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Belə məlumatlardan biri Orucov Eldar Zübeyir oğlunun Facebook səhifəsində yer alır. Orada göstərilir ki, həmin şəxs 1964-cü ildə Moskvada anadan olub, 1982-ci ildə Bakıdakı 162 saylı orta məktəbi bitirib. Həmin il Moskvada Piroqov adına tibb institutuna daxil olub. 1984-cü ildə hərbi xidmətə gedib, öz xahişi ilə hava-desant qoşunlarında xidmət keçib. Hərbi xidmətdən sonra tibb təhsili almaq fikrindən daşınıb, hüquqşünas olmaq istəyib və Bakı Dövlət Universitetinə imtahan verib. Amma sonuncu imtahandan kəsilib. Sonrakı il Tomsk universitetinin hüquq fakültəsinə daxil olub və oradan BDU-ya köçürmə alıb. Moskvada firma yaradıb, 1992-ci ildə Xocalı soyqırımından sonra Azərbaycana qayıdıb döyümək qərarına gəlib və OMON sıralarına daxil olub.

OMON-un kəşfiyyat-diversiya qrupunun komandiri kimi döyüşlərə qatılıb, 1993-cü ildə OMON-u tərk edib və Moskvaya qayıdıb. 1994-cü ildə Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun öldürülməsindən sonra yarımçıq qalmış imtahan sessiyasını vermək üçün Bakıya qayıdıb. Həmin ilin dekabrında “rus casusu” kimi həbs edilib və 1998-ci ildə azadlığa çıxıb. O vaxtdan Azərbaycanı tərk edib və bir daha geri qayıtmayıb.

2006-cı ildə “Azad Azərbaycan” diaspor hərəkatını yaradıb. Bu ekstremist hərəkatın liderlərindən biri OMON komandiri Rövşən Cavadovun hazırda Avstriyada yaşayan qardaşı Mahir Cavadovdur. Hərəkat internetdə “Virtual Monitor” adlı sayt üzərindən Azərbaycan hakimiyyətini devirmək çağırışları ilə çıxış edib, mənbələrdən birində bu sayt üçün ianə toplanması kampaniyası haqda bəhs edilir. Pulları köçürmək üçün isə Eldar Zübeyir oğlu Orucovun Avstriya banklarından birində açılmış hesab nömrəsi göstərilir.

Digər mənbədə isə göstərilir ki, Orucov Eldar Zübeyir oğlu Azərbaycanlıların Moskva Milli-Mədəni Muxtariyyətinin (“Azərmos”) Şurasının üzvüdür. Təşkilatın saytında onun fotosu da yer alır, bu “AzərRos” adlı təşkilatın Moskva bölməsidir. Rəhbəri Ağadadaş Kərimovdur. Eldar Zeynalov "Azərmos"un Moskva Şimal-Qərb inzibati dairəsi üzrə şöbəsinin rəhbəridir.

Başqa mənbədə isə göstərilir ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının beş vətəndaşını barələrində qaldırılmış cinayət işi üzrə istintaqa çağırıb. Çağırış vərəqəsinə əsasən istintaqa ifadə verməli olanlardan biri də Eldar Zübeyir oğlu Orucovdur. O, digər Rusiya vətəndaşları ilə birlikdə Donbassda gedən döyüşlərdə iştirak etməkdə ittiham edilir. Bildirilir ki, həmin şəxslər qondarma “Donetsk Xalq Respublikasının” keçmiş kəşfiyyat idarəsinin yaraqlıları olublar və Donbass üzərində MH17 reysi ilə uçan “Boeing” təyyarəsinin raketlə vurulmas işinə görə istintaqa çağırılıblar. (virtualaz.org)

pia.az


Etiket: Eldar Orucov OMON

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Zelenski: Ukrayna noyabrın sonuna qədər ölkədə sülhə nail olmaq üçün plan hazırlamağı planlaşdırır

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Dələduzluğa görə axtarılan doqquz nəfər saxlanılıb

“Ekoloji Maarifçiliyə Yardım” ictimai Birliyi layihəsinin icrasını davam etdirir

Ən çox oxunanalar