Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan hökuməti 2025-ci ilədək xarici dövlət borcunu üç dəfə azaltmağı planlaşdırır

2018-ci ildə Azərbaycanın xarici borcu 9.42 milyard ABŞ dolları səviyyəsində planlaşdırılır

Qeyd edək ki, 2018-ci ilin əvvəlində xarici dövlət borcu 9 milyard 398,3 milyon dollar təşkil edir. Bu barədə dövlət başçısının "Dövlət borcunun idarə olunması üzrə qısamüddətli və uzunmüddətli strategiya"nın təsdiq edilməsi haqqında sərəncamında məlumat verilir.

Eyni zamanda, bildirilir ki, 2019-cu ildə dövlət borcu 9 milyard, 2025-ci ilə qədər 3,8 milyard ABŞ dollarına qədər azalacaq.

İmzalanmış mövcud kredit müqavilələri üzrə xarici dövlət borcuna xidmət xərclərində 2024-cü ilə nəzərdə tutulan kəskin artımın səbəbi 2014-cü ildə hökumət tərəfindən beynəlxalq maliyyə bazarlarında buraxılmış 1.250,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızlarının 2024-cü ildə birdəfəlik ödənişlə geri qaytarılacağıdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Sərəncamda deyilir ki, son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcə gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri edir. Buna görə də 2018-ci ildə və növbəti illərdə yalnız bir sıra prioritet hesab edilən layihələr üzrə birbaşa və dövlət zəmanəti əsasında kredit vəsaitinin cəlb edilməsi nəzərdə tutulur. 2018-2025-ci illərdə hökumət islahatlar üçün Asiya İnkişaf Bankından 500 mln dollar, "Azərbaycan Dəmir Yolları" QSC-nin sağlamlaşdırılması və Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən 325 mln dollar, xarici valyuta nominallı dövlət qiymətli kağızlarının yenidən maliyyələşdirilməsi üçün 1.250 mln cəlb etməyi planlaşdırır.

Dövlət borcunun ÜDM-yə nisbətinin ən yüksək həddi 2019-cu ildə olacaq - 23%.

Hökumətin proqnozuna görə, sonrakı illərdə aşağı düşmə tendensiyası olacaq və 2021-ci ildə dövlət borcu ÜDM-in 19,5%-i, 2025-ci ildə isə 12%-i qədər olacaq.(Turan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar