Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistanı güzəştə gedə bilər...

Politoloq: “2019-cu il Azərbaycan üçün ərazi bütövlüyünə qovuşmaq üçün dönüş ili olacaq”

Ermənistandakı inqilabdan sonra Rusiyanın bu ölkəyə təsirlərinin azaldığı aydın şəkildə sezilir.

Amerikanın təcavüzkar ölkəni Kremlin nəzarətindən çıxarmaq üçün çabalar göstərdiyi, şimal qonşumuzun isə buna ciddi müqavimət göstərdiyi diqqəti cəlb edir.

Cənubi Qafqazla bağlı yeni siyasətin həyata keçirildiyi, Rusiyanın bölgəyə təsirlərinin azaldılması cəhdləri sezilir. Bu prosesin ölkəmizin xeyrinə cərəyan etdiyi bildirilir. Azərbaycanın situasiyadan istifadə edib, işğal altındakı torpaqlarını azad etmək üçün hərəkətə keçməsinin vacibliyi də qeyd edilir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Politoloq Əhəd Məmmədlinin qənaətinə görə, erməni inqilabı Amerikanın Rusiyaya zərbəsi idi: “Bu inqilabı məhz Amerika edib iddiasında deyiləm, amma Amerikanın maraqlarına cavab verdiyi dəqiqdir. Cənubi Qafqazda ABŞ-ın ən böyük səfirliyi Ermənistandadır. Ortaya sual çıxır, kasıb, strateji əhəmiyyəti az olan Ermənistanda amerikalıların bu qədər böyük səfirlik saxlaması nəyə lazımdır? Ermənistanın indiki iqtidarı qərbyönümlüdür. İnqilabdan sonra yeni iqtidar rusyönümlü qüvvələri həbs etməyə başladı. Rusyönümlu qüvvələrin lideri, keçmiş prezident Robert Köçəryan belə həbs edildi. Düzdür gözlənildiyi kimi onu çox da həbsdə saxlaya bilmədilər. Paşinyan baş nazir seçilən kimi "Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır" söylədi. Bu yaxınlarda da Türkiyə ilə sərhədi qoruyan rus ordusunun gələcək taleyinə baxılmasının vacibliyini dilə gətirdi. Zatən rus ordusu ilə bağlı erməni əhalisində ciddi narazılıq var. Ermənistanda dislokasiya olunmuş rus əsgərlərinin özbaşınalığına erməni əhalisi ciddi etirazlar edib. Rus əsgərinin Gümrü də erməni ailəsini güllələməsi böyük etiraz dalğası yaratmışdı. Sərkisyanın hakimiyyətdən getməsinin səbəblərindən biri də bu məsələ idi. Rusiya Ermənistanı güzəştə getmir. Sadəcə xalq Paşinyanın hələlik arxasındadır. Xalq faktoru ilə hətta Rusiya kimi şahin dövlət belə hesablaşmağa məcburdur. Kremlin gücü Ermənistanda yenə də Amerikadan çoxdur. Sadəcə ruslar hələ düşünürlər ki Paşinyan ağıllanacaq, ağıllanmasa isə onu devirə biləcəklər. Rusiya susmur. Leontyev Zatulin Jirinovskilərin dili ilə İrəvana mesajlar göndərirlər, təhdidlər edirlər. Ermənistan açıq şəkildə rus qoşunlarının çıxmasını tələb etməyənə, yaxud Avrasiya İttifaqı, KTMT-dən çıxmayana qədər Rusiya Ermənistanı cəzalandıran deyil. Lakin Paşinyan ölkəsində Rusiyanın mövqelərini zəiflətməyə davam etsə, Moskva onu devirməyə çalışacaq. Erməni xalqı yenə də Paşinyanın arxasında dursa və Rusiyanın Paşinyanı devirməsi alınmasa, Kreml əsas kartı olan Qarabağ kartına əl atacaq. Belə olan halda Azərbaycan üçün işğal olunmuş torpaqlarını azad etməyə tarixi şans yaranacaq. İndiki erməni parlamenti rusyönümlü qüvvələrin əlindədir. Xalq arasında Paşinyanın nüfuzu düşməyə başlayan kimi Rusiya onu devirə bilər. Fikrimcə Moskva hələ gözləyir, paralel olaraq hazırlıqlarını da görür".

Politoloq hesab edir ki, Qafqaz yavaş-yavaş Rusiyanın nəzarətindən çıxır: “Gürcüstan demək olar ki nəzarətdən çıxıb. Azərbaycan balanslı siyasətini davam etdirir. Ermənistanda da Rusiya ciddi zərbələr alır. İnqilab, rusyönümlü qüvvələrin sıradan çıxarılması, anti-rus əhvalı Ermənistanın adi reallığına çevrilib. Rusyönümlu siyasətçilər, generallar, biznesmenlərin həbsi Moskva üçün heç də ürəkaçan mənzərə deyil. Amma Rusiya ErmənistanAzərbaycanda güclüdür. Döyüşsüz nə Ermənistanı, nə də Azərbaycanı verən deyil. Azərbaycan balanslaşmış siyasəti ilə Kremli razı sala bilir. Ermənistan isə əksinə Sərkisyanın vaxtından indiyə qədər Rusiyadan get-gedə aralanır. Bu aralanmanı Moskva dayandırmağa çalışacaq. Cənubi Qafqazda Moskva ən güclü Ermənistandadır. Rusiyanın Qafqazdan getməsi Azərbaycanın xeyrinədir, təbii ki, Rusiyanın yerini Qafqazda, ən əsas da Azərbaycanda Qərb deyil, Türkiyənin doldurması şərti ilə. Azərbaycana Qafqazda böyük Türkiyə lazımdır. Güclü Türkiyə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün əsas təminatçısıdır. Ermənistanda Rusiya seyrçi mövqedə qalmır. Yuxarıda qeyd etdiyim kimi, Rusiya Ermənistanda hələ ki gözləmə mövqeyindədir. Azərbaycan üçün ən gözəl ssenari Ermənistanla Rusiyanın arasının dəyməsi və Rusiyanın Azərbaycana torpaqlarını qaytarmasına yaşıl işıq yandırmasıdır. Bunun olması üçün Azərbaycan Rusiya ilə çox ciddi şəkildə işləməlidir. Bakı Moskvanı İrəvandan daha yaxın və sərfəli olduğuna inandırmalıdır. Azərbaycan bütün diplomatiya lobbisini Rusiyaya səfərbər etməlidir. Moskvaya təsir rıçaqlarını Bakı artırmağı bacarmalıdır. Azərbaycan diplomatiyası bunları bacarsa, çox böyük uğur əldə etmiş olacaq. Azərbaycan Rusiya ilə Ermənistan arasında olan ziddiyyətlərdən istifadə edib səmərə götürməyi bacarmalıdır. Bakı bunu edə bilsə, yuxarıda qeyd etdiyim kimi Qarabağı qaytarmağa tarixi şansımız yaranacaq. Düşünürəm ki, 2019-cu il Azərbaycan üçün ərazi bütövlüyünə qovuşmaq üçün dönüş ili olacaq. Azərbaycan həm diplomatik, həm də hərbi cəhətdən bu dönüş ilinə indidən çox ciddi hazırlaşmalıdır. Kreml divarını aşmağa yollar axtarılmalıdır. Kreml divarı aşılsa, bu Azərbaycan diplomatiyasının ən böyük uğurlarından olacaq. Qarabağa yol Kremldən, Türkiyənin Azərbaycan və dünyada güclü olmasından gedir. Fürsətlərdən Azərbaycan istifadə etməyi bacarmalıdır”.(“Yeni Müsavat”)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar