Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın ardınca Türkiyəyə qarşı sanksiyalarda İsrail “izi”

Qabil Hüseynli: “ABŞ və İsrail, faktiki, ”bir millət - iki dövlət" halına gəlib"; Əhəd Məmmədli: “İsrail açıq müstəvidə Türkiyəyə qarşı çıxmır, amma...”

İrana qarşı Amerika tərəfindən tətbiq edilən sanksiyalarda İsrailin də əsas rol oynadığı heç kəsə sirr deyil. Rəsmi Təl-Əvivin Türkiyəyə qarşı son aylarda artan təzyiqlərdə, sanksiyalarda yer aldığı barədə də iddialar meydana çıxıb.

Türkiyə-İsrail münasibətlərində son 10 ildə vaxtaşırı gərginliklər yaşanıb. İkincinin bundan istifadə etmək üçün belə bir tarixi şans qazandığı bildirilir. Yəhudi lobbisinin ən güclü olduğu ölkələrdən olan Amerikada İsrailin Ağ Evə müxtəlif yollarla təzyiqlər göstərdiyi iddia edilir. Xüsusilə Birləşmiş Ştatların İsrailin paytaxtını Qüdsə köçürməsinə ən sərt təpki verən Türkiyədən “qisas almaq üçün” yəhudi dövlətinin hərəkətə keçdiyi də iddialar sırasındadır.

Sabiq dövlət müşaviri Qabil Hüseynli İsrailin yerləşdiyi bölgədə Amerikanın ən yaxın müttəfiqi olduğunu vurğuladı:

“Bu iki ölkə arasında müttəfiqlik səviyyəsindən də ən yüksək səviyyədə münasibətlər qurulub. Az qala, ”bir millət - iki dövlət" halına gəliblər. ABŞ-da kifayət qədər güclü olan yəhudi lobbisi var. Amerikan mətbuatının böyük bir hissəsi yəhudilərin nəzarəti altındadır. Maliyyə bazarlarında da onların kifayət qədər gücləri hiss olunur. İsrail heç zaman İrana qarşı hansı mövqedə olduğunu gizlətməyib. İsrail Amerikada olan imkanlarından hakimiyyətə qarşı daim istifadə edib. Qüdsün paytaxt elan edilməsi və Amerikanın səfirliyini bu şəhərə köçürməsi Türkiyə tərəfindən böyük təpki ilə qarşılandı. O zaman İslam Əməkdaşlıq Konfransının sədri olan qardaş ölkə qurumun növbədənkənar toplantısını çağırmışdı. Həmin vaxt rəsmi Ankara konkret məsələ qaldırmışdı ki, hər kəs ABŞ-ın bu qərarını pisləsin, heç kəs Qüdsü İsrailin paytaxtı kimi tanımasın və səfirliyini ora köçürməyəcəyi barədə öhdəlik götürsün, bu məsələ birlikdə BMT-nin Baş Məclisinin gündəliyinə çıxarılsın.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Nəticədə gündəlikdə ABŞ-ın ziyanına olan qərar verildi. Hətta Avropa dövlətlərinin bəziləri belə Amerikanın qərarını kəskin şəkildə pislədi. Bunların hamısı Türkiyənin addımları ilə həyata keçirilirdi. Trampın Türkiyəyə qarşı tələblərindən biri də rəsmi Ankaranın Qüds mövqeyini dəyişdirməsi ilə bağlı idi. Bütün bunlar göstərir ki, Türkiyəyə qarşı təzyiqlərdə İsrailin barmağı var. Hətta Türkiyə prezidenti bəyanatlarının birində lazım gəlsə, İsrailə qarşı müsəlman dövlətlərinin hücumunun təşkil edilməsinin zəruriliyi barədə fikir səsləndirmişdi. Doğrudur, onun bu açıqlaması geniş yayılmadı, amma İsraili çox qəzəbləndirdi. Hətta İsrailin xarici işlər naziri bu bəyanatdan sonra bildirmişdi ki, “görünür, Türkiyə İsraili bölgədəki hansısa kiçik badımcan dövləti ilə qarışıq salır”. Hazırda Türkiyə-İsrail münasibətləri çox gərgin vəziyyətdədir. Hətta qardaş ölkə İsraildəki səfirini belə geri çağırıb. Türkiyəni orada onun müvəqqəti işlər vəkili təmsil edir".

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, İsrailin müsəlman dünyasında yeganə qorxduğu ölkə Türkiyədir: “O, nə ərəblərdən, nə də İrandan qorxur. İndiki İsrail bir neçə əsr Osmanlının ərazisi olub. Osmanlı yəhudilərin əmin-amanlıq içində yaşadığı yeganə ölkə olub. İsraillilər türkləri çox yaxşı tanıyırlar. Onlar gözəl anlayırlar ki, Fələstinin azadlığının açarı güclü, böyük Türkiyədən keçir. Dünya sionizmi əlindən gələni edir ki, Türkiyənin güclənməsinin qarşısını alsın. ABŞ-ın yevangelist-yəhudi elitası Türkiyəyə qarşı səlib yürüşü elan edib. Müasir dövrdə də hansısa ölkəyə qarşı səlib yürüşü etmək üçün təkcə hərbə əl atmağa ehtiyac yoxdur. Biz bunu qardaş Türkiyənin nümunəsində çox yaxşı görürük. Türkiyə dövlətinə son illərdə ABŞ-İsrail tandemi olmayan zərbələri vurdu. Amerika və İsrailə islam coğrafiyasında problem yarada biləcək və müasir Qərb səlibçilərini müsəlman torpaqlarından qova biləcək yeganə güc Türkiyədir. Amerika və dünya sionizminin müsəlman dünyasında oynadığı bütün oyunlar Türkiyəni sıradan çıxartmaq məqsədini güdür. İsrail qurulandan üzr istədiyi yeganə dövlət Türkiyədir. Məlum faciədə yəhudi hərbçiləri tərəfindən öldürülən türk vətəndaşlarının ailələrinə İsrail təzminat ödəməyi də boynuna götürüb. Həmin vaxtdan Türkiyə-İsrail münasibətləri kifayət qədər gərgindir. İldən-ilə bu iki ölkə arasında münasibətlər daha da gərginləşir. Düzdür, İsrail hələlik tam açıq müstəvidə Türkiyəyə qarşı çıxmır, amma dünya yəhudi lobbisi Amerikanın əli ilə türk dövlətinə qarşı savaş açıb.

Bu savaşda İsrail bir dövlət kimi Türkiyəyə qarşı son anda çıxacaq. Lakin bu an İsrailin bir dövlət kimi sonuna gətirib çıxara bilər. Fikrimcə, israillilər buna getməzlər. Yəhudilər ağıllı xalqdır və türkləri çox gözəl tanıyırlar. Onlar bilirlər ki, türklər onlar üçün nə ərəb, nə də farslar deyil. Yəhudilər görsələr ki, Türkiyəni saxlamaq mümkün deyil, türklərlə anlaşmaya gedəcəklər. Və bu da İsrail dövlətinin gələcəyi üçün ən doğru qərar olacaq”. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar