Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayon məktəbliləri «Mirvari» gəmisində dəniz səyahətinə çıxıblar

Ümummilli lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir

Heydər Əliyev Fondunun fəaliyyəti  Azərbaycanın  gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Bu  gün dövlətimiz hər bir Azərbaycan uşağının yüksək sosial-mənəvi  mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.  


Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.Yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün keçirilən silsilə  tədbirlər davam edir. Növbəti tədbir Nəsimi rayon İcra Hakimiyyəti ilə Dənizkənarı Bulvar idarəsinin birlikdə təşkilatçılığı ilə uşaqlar üçün Xəzər dənizində gəmi gəzintisi təşkil olunub.
Dəniz səyahətində  rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən,şəhid və veteran ailələrindən, həmçinin sosial qayğıya ehtiyacı olan ailələrdən olan bir qrup məktəblinin müasir «Mirvari» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunub. Qeyd olunmalıdır ki, uşaqların böyük hissəsi ilk dəfə idi ki, dəniz gəzintisinə çıxırdılar və bu onların böyük sevincinə səbəb olub. Nəsimi rayon İcra Hakimiyyətinin və Dənizkənarı Bulvar idarəsinin əməkdaşları uşaqlarla səmimi söhbət edərək dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahərləri istiqamətində görülən işləri qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər.Gəmidə uşaqlara nahar süfrəsi təşkil olunmuş, daha sonra isə öz məharətlərini göstərərək şeir, mahnılarla həmyaşıdları qarşısında çıxış ediblər.


Uşaqlar həmçinin Milli parkdakı əyləncəli qurğulardan da istifadə edərək əyləndilər. Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar