Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu viskinin 1 şüşəsi 1 milyon dollardır!

Bu ilin oktyabrında Şotlandiyada “The Macallan Valerio Adami 1926” adlı viski satışa çıxarılacaq

750 qramlıq içkinin ilkin satış qiymətinin 900 min funt-sterlinq, yəni 1 milyon dollardan baha olacağı gözlənilir. Ola bilsin ki, satış zamanı qiymət daha da artsın.

“AzPolitika” Qərb mətbuatına istinadla xəbər verir ki, sözügedən viski şüşəsinin bu qədər baha olmasını şərtləndirən bir neçə səbəb var. “The Daily Express” yazır ki, 1926-cı ildən palıd çəlləkdə saxlanılan bu içkini 60 il sonra, yəni 1986-cı ildə çəlləkdən çıxararaq, şüşələrə süzüblər.

Bundan başqa, şüşənin özü çox qiymətli sənət əsəri sayılır. Belə ki, bu viski şüşəsinin dizaynını məşhur avropalı postmodernist rəssam Valerio Adami hazırlayıb. Şüşənin üzərindəki orijinal etiketin üzərində rəssamın şəxsi imzası var.

“The Macallan Valerio Adami 1926” adlı viskini bu qədər qiymətli edən səbəblərdən biri də onun bütün dünyada cəmi 12 ədəd olmasıdır. Və hazırda bu şüşələrdən neçəsinin qaldığı dəqiq bəlli deyil. Belə ki, bu 12 şüşədən birinin Yaponiyada 2011-ci ildə baş verən zəlzələ zamanı itdiyi, yaxud da sındığı güman olunur. Daha bir şüşənin isə sahibi tərəfindən içildiyi ehtimal edilir.

Ancaq “The Macallan Valerio Adami 1926” adlı viski indiyə qədər dünyada ən baha qiymətə satılan spirtli içki deyil. Bu nominasiyada liderlik “D’Amalfi Limoncello Supreme” adlı likyora aiddir. Şüşəsi Styuart Hyuz adlı məşhur dizayner tərəfindən hazırlanan bu içkinin bir ədədi 30.1 milyon dollardır. Onun üzərinə bir ədəd 18.5 karatlıq və 3 ədəd 13 karatlıq brilliant həkk olunub.

pia.az


Etiket: Şotlandiya viski

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Ən çox oxunanalar