Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Şirəliyev qışa hazırlıqla bağlı baş həkimlərə tapşırıqlar verdi

Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrin rəhbərləri və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tapşırıqlar verib

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, nazirin "Səhiyyə Nazirliyinin müəssisələrinin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə" imzaladığı əmrə əsasən, Nazirliyin müəssisələrinin 2018-2019-cü illərin payız-qış mövsümündə istilik ilə təchiz olunması, elektrik enerjisi ilə dayanıqlı təminatı və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakı Şəhər Baş Səhiyyə idarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırılıb ki, sentyabrın 15-nə kimi payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmaqla cavabdeh şəxslər təyin edilsin.

Bununla yanaşı tapşırıqda deyilir ki, qazanxana maşinistləri ilə (ocaqçılarla) əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilsin, yalnız xüsusi kurs keçmiş, işə buraxılış vəsiqəsi olan və hər il əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılan ocaqçılar işə buraxılsın, şöbələrdə, kabinetlərdə, təyinatından asılı olmayaraq bütün iş sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilsin, qeyri standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektrik qızdırıcılarından istifadə qadağan edilsin, qaz təsərrüfatına cavabdeh şəxsin Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərın Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları " ilə əlaqədar bilikləri yoxlanılsın, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xıdmət mütəmadi olaraq həyata keçirilsin.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, nazir iyulun 3-də respublikanın elektrik təminatı sistemində baş vermis açılmalar zamanı bəzi səhiyyə müəssisələrinin elektrik generatorlarında yaranan texniki nasazlıqların gələcəkdə baş verməməsi üçün də "Respublikanın səhiyyə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təminatı barədə" əmr verib.

Bu əmrlə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, rəhbərlik etdikləri müəssisədə mövcud olan generatorlar mütəmadi olaraq müvafiq texniki müayinədən keçirilsin, elektrik generatorlarının daima işlək vəziyyətdə saxlanılmasına nəzarət üçün müvafiq məsul şəxs təyin edilsin, nasazlıq aşkar olunduğu hallar dərhal aradan qaldırılsın, elektrik generatorları üçün zəruri olan ehtiyyat yanacaq təminatı daima nəzarətdə saxlanılsın.(trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar