Əməkdar artist Həsənağa Abasquliyev dünyasını dəyişib
Bu haqda mərhumun nəvəsi məlumat verib.
O bildirib ki, babası heç bir xəstəlikdən əziyyət çəkməyib:
"Ciddi bir xəstəliyi yox idi. Ciyərlərinə su yığılmışdı, 3 gün öncə rəhmətə getdi. Yaşasaydı, bu ayın 12-də 80 yaşını keçirəcəkdi".
Qeyd edək ki, bu gün mərhum 3 mərasimidir. Yas mərasimi Biləcəridə keçirilir.
Allah rəhmət eləsin!
pia.az