Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diqqət: Bu yolda hərəkət birtərəfli olacaq

Avqustun 7-dən paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində hərəkətin təşkilində dəyişiklik edilib

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, BNA-nın mütəxəssislərinin təklifi əsasında tətbiq edilən dəyişikliyə əsasən, sözügedən kəsişmələrdə nəqliyyatın hərəkəti birtərəfli təşkil edilib.

Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin ərazidə apardığı təhlillərlə müəyyən edilib ki, Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində sola dönən nəqliyyat vasitələrinin qarşıdan gələn nəqliyyat vasitələrini gözləməsi günün pik saatlarında sıxlığın yaranmasına səbəb olurdu. Bundan əlavə kəsişmənin ətrafında qanunsuz parklanmanın və Süleyman Sani Axundov küçəsindən kəsişməyə daxil olan nəqliyyat vasitələri üçün yaşıl işığın vaxtının aşağı olması sərbəst nəqliyyat axınına imkan vermirdi.

Məlum dəyişiklik ərazidə nəqliyyat sıxlığının aradan qaldırılması ilə yanaşı, "Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində gedən avtobusların rahat hərəkətinə də imkan verəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar