Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avqust müharibəsinin 10 illiyində Medvedyev yenə hədələdi

Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqustunda baş vermiş 5 günlük müharibənin 10 ilinin tamam olduğu bir vaxtda baş nazir Dmitri Medvedyev Tiflisi hədələyib

 Rusiyanın baş naziri Gürcüstanın NATO-ya üzv olmasının “dəhşətli münaqişəyə səbəb ola biləcəyini” deyib. Bu xəbərdarlıq Gürcüstanda NATO-nun “Noble Partner 2018” təlimlərinin davam etdiyi bir vaxtda səslənib. Rusiya cavab olaraq özünün separatçı Abxaziya bölgəsindəki qoşunlarının irimiqyaslı təlimlərini başladıb.

2008-ci ilin avqustunda Medvedyev Rusiya prezidenti idi və Gürcüstana hərbi müdaxilə barədə əmri (formal da olsa) o vermişdi.

“Gürcüstanın NATO-ya daxil olması dəhşətli münaqişəyə səbəb ola bilər, anlaşılmır ki, bu nəyə gərəkdir”-Medvedyevin bu sözlərini TASS sitat gətirir.

Baş nazir bildirib ki, 10 il əvvəl Gürcüstanla Cənubi Osetiya arasında münaqişə qaçılmaz deyildi. “Heç nə qaçılmaz olmayıb”-Medvedyev bildirib.

Bundan əvvəl prezident Vladimir Putin Gürcüstanın NATO-ya üzvlüyünün “cavab addımlarına gətirib çıxaracağı” haqda xəbərdarlıq edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

2008-ci ilin avqustunda Gürcüstan qoşunlarının Sxinvaliyə daxil olmasının ardınca Rusiya ordusu Roksk tunelindən keçməklə bu ölkəyə hərbi müdaxilə edib. Gürcüstan qoşunları tələfat verərək Cənubi Osetiyadan çəkilib, sonrakı günlərdə Rusiya ordusu Qori şəhərini tutub və Tiflisin 30 kilometrliyinə qədər irəliləyib. Fransa başda olmaqla Avropa dövlətlərinin vasitəçiliyi ilə 5 günlük müharibədən sonra atəşkəs əldə edilib, ruslar Qorini tərk etsə də Cənubi Osetiya və Abxaziya faktiki ilhaq olunub. Bu separatçı bölgələrin “müstəqilliyi” Rusiya tərəfindən tanınıb, Rusiya həmin bölgələrdə iri qoşun qruplaşması yerləşdirib.(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Ən çox oxunanalar