Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu: "Mobil telefonlar bahalaşacaq"

"Bu qərar ilk növbədə yeni model və müasir funksiyalara malik olan mobil cihazların bazar qiymətini bahalaşdıracaq"

"Bu qərar mobil telefon bazarından fərdi sahibkarları çıxarmağa və internetdən istifadəni məhdudlaşdırmağa hesablanıb".

Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun artırılmasını şərh edərkən rəsmi "facebook" səhifəsində qeyd edib.

Qeyd edək ki, baş nazir Novruz Məmmədov “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb. Belə ki, iyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib. Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən ediləcək.

PİA.AZ bu məsələ ilə bağlı iqtisadçı Qubad İbadoğlunun yazısını oxucularına təqdim edir:

"Qeydiyyat rüsumlarının birdən-birə 4 dəfədən 30 dəfəyə qədər artırılması müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdırmaqla yanaşı radiasiya riski yüksək çin mobil cihazların idxalını stimullaşdıracaq.

Bildirim ki, Nazirlər Kabineti iyulun 31-də “Mobil cihazların qeydiyyata alınmasına” görə dövlət rüsumunun artırılmasına qərar verib. "Mobil cihazların qeydiyyata alınmasının 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlara şamil edilməyəcək. Bu qərar yalnız fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazlara tətbiq olunacaq.

Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən ediləcək. Belə ki, foto, video çəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi. Göründüyü kimi fiziki şəxslərin hətta fərdi ehtiyacları üçün gətirdikləri mobil cihazların qeydiyyat rüsumları 4 dəfədən 30 dəfəyədək qaldırılıb.

Bu qərar ilk növbədə yeni model və müasir funksiyalara malik olan mobil cihazların bazar qiymətini bahalaşdıracaq.

İkincisi, bazarda bu növ məhsulları təklif edən şirkətlərə üstün və hökmran mövqe qazandıracaq.

Üçüncüsü, bu qərar mobil telefon bazarından fərdi sahibkarları çıxarmağa hesablanıb.

Dördüncüsü, radiasiya riski yüksək çin mobil cihazların idxalını stimullaşdıracaq.

Nəhayət, köhnə telefonların istismar müddətini uzatmaqla istehlakçıların müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdıracaq".

Gülşən ŞƏRİF
pia.az


Etiket: Mobil telefon

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar