Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxın icra başçısı Havay adalarında istirahət edir?

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun dünyanın ən bahalı turizm məkanlarından biri olan Havay adalarında istirahət etməsi barədə xəbər yayılıb

Bu barədə məlumat yayan dia.az saytı bildirir ki, Qazaxdakı qaynaqlardan verilən informasiyaya görə, icra başçısı Rəcəb Babaşov məzuniyyətə çıxıb və artıq bir həftədir ki, Havay adalarındadır...

Xatırladaq ki. Havay adaları Sakit okeanın şimalında 19-29 dərəcəlik enliklər arasında yerləşən 24 vulkanik adalar arxepealaqıdır. Hazırda da adalardada çoxlu sayda fəal vulkanlar mövcuddur. Bunlardan ən hündürləri Mauna-Lua və Kilaueadır. Havay arxipelaqında turizm mərkəzi olaraq fəaliyyət göstərən 8 böyük ada var və bu adalar adətən cənnətlə müqayisə olunur. 1898-ci ildə Havay adaları ABŞ tərəfindən işğal edilib və 1959-cu ildən isə rəsmi olaraq ABŞ-n 50-ci ştatı elan edilmişdir.

Azərbaycan məmurların bu məşhur turizm məkanında istirahət etmələri ilə bağlı ara sıra məlumat mediaya sızmaqdadır. Lakin bir icra başçısının Havay adalarınnda istirahət etməsi ilə bağlı ilk dəfədir ki, məlumat yayılır. Qeyd edək ki, Havay adalarında istirahət çox bahalıdır və burda adətən iş adamları, ilarderlər istirahət edirlər.

Maraqlıdır ki, Qazaxın icra başçısının məhz Azərbaycandakı şiddətli istilərdən qaçaraq məhz Havay adalarında istirahət edə bilmək üçün maddi imkanları var. Qeyd edək ki, Rəcəb Babaşov daha əvvəl Vergilər Nazirliyində çalışıb və Fazil Məmmədovun “qara kassa”larından biri olaraq tanınıb. Rəcəb Babaşovun adı “MTN işi”ndə hallanıb və bundan sonra Fazil Məmmədov onun Qazaxa icra başçısı təyin olunmasına nail ola bilib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Fazil Məmmədov vəzifədən kənarlaşdıqdan sonra isə Rəcəb Babaşovun “Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanova sığınaraq vəzifədə qaldığı iddia olunur. Eyni zamanda mətbuada Rəcəb Babaşov Vergilər Nazirliyində çalışdığı zaman külli miqdarda dövlət vəsaitinin mənimsənilməsində iştirak edib və Azərbaycanın çox varlı məmurlarından biri olduğu göstərilir.

Dia.az saytının yazdığına görə Rəcəb Babaşovun icra başçısı maaşı ilə Havay adalarında istirahət etməsi çoxlu suallar doğurur. Sayt yazır ki, Qazax sakinləri bildirir ki, mətbuatı özünün təsir rıçaqları ilə susduran Rəcəb Babaşovun bu gün Qazaxda rəsmən fironluq edir. İddiya görə icra başçısı istirahət pulunu yerli sakinlərdən - sahibkarlardan, idarə müdirlərindən alıb.

Qarşı tərəfin münasibətini öyrənməyə hazırıq.

Orjinal

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar