Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zara Mqoyanın Bakıya gəlib oxumasında heç bir qəbahət yoxdur” - Şuşanın icra başçısı

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” adlı festivalına gətirilməsinə münasibət bildirib


B.Səfərov Demokrat.Az-a açıqlamasında bu cür səfərlərə pis baxmadığını söyləyib:

"Mən bu cür səfərlərə pis baxmıram. Zara Mqoyan gəlib burada bir-iki saat oxumaqla nə edəcək? Axı burada nə qəbahət var? Bilirsiniz, bu məsələ ilə bağlı hərə bir açıqlama verir. Biri deyir ki, Zara Mqoyan ermənidir, biri də deyir ki, erməni deyil. Mən də düşünürəm ki, Zara Mqoyan Ermənistan vətəndaşı deyil. O, adi artistdir, bir gün gəlib oxuyub gedəcək. Bununla nə olacaq? Mən hər zaman demişəm ki, ermənilərin gəlib Azərbaycanda gedən inkişafı görmələri vacibdir. Çünki onlar Bakıya gəlib buradakı inkişafı görəndən sonra gedib onu öz xalqına da danışacaq. Belə olan halda ermənilər özlərində götür-qoy edəcək ki, bu Azərbaycan xalqının yüksək yaşayışı, bu isə ermənilərin pis vəziyyətdə yaşayışı. Nəticədə isə həmin ermənilər Azərbaycanın tərkibində yaşamaq üçün can atacaqlar. Ermənilərin Azərbaycana gəlməsi Ermənistan əhalisini ayıldır. Əgər ermənilər Bakıya gəlib görməsələr, nə biləcəklər ki, Azərbaycanda hansı işlər görülür? Azərbaycanda yaradılan yüksək yaşayışı ermənilərdən görüb bilməlidir ki, özlərinə dərs çıxartsınlar".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İcma rəhbəri Zara Mqoyanın Bakıya səfərinin Azərbaycan şəhidlərinin ruhuna hörmətsizlik kimi qəbul edilməsi fikirləri ilə razılaşmadığını deyib:

"Mən Zara Mqoyanın Bakıya gəlməsinin Azərbaycan şəhidlərinin ruhuna hörmətsizlik olması kimi fikirlərlə razı deyiləm. Allah şəhidlərimizə rəhmət etsin. Biz şəhidlərimizin ruhunu torpaqlarımızı işğaldan azad etməklə, dövlətimizə və xalqımıza xidmət etməklə, şəhid ailələrinə diqqətlə yanaşmaqla şad edə bilərik. Əlbəttə ki, hər bir şəhidimizin valideynləri bu cür məsələləri istədikləri kimi qəbul edə bilər. Çünki onlar övlad itiriblər. Ancaq mən Zara Mqoyanın Azərbaycana gəlməsini şəhidlərimizin ruhuna hörmətsizlik hesab etmirəm. Hamımıza Azərbaycan torpaqları uğrunda şəhid olanlardan ötəri canımızdan da keçməyə hazırıq. Həm dövlətimiz, həm də xalqımız şəhidlərimizi daim uca tutub. Bundan sonra da belə olacaq. Ona görə də bu cür məsələlərlə şəhidlərimizin adından sui-istifadə edilməsinə düzgün baxmıram. Şəhidlərimiz ucadır və onları uca da saxlamalıyıq".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar