Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dəli olmamışam ki, özümü açıb töküm"

Mananadan tənqidlərə sərt cavab


“Jara” üçün xüsusi hazırlaşıram. Bu təklifi gözləmirdim. Təşkilatçılara dəvət üçün təşəkkür edirəm. Çalışıram ki, onların ümidlərini doğruldum. Artıq demək olar ki, dəvətə hazıram. Rus dilində mahnı oxuyacam. “Karnaval” mahnımı yeni aranjimanda hazırladım. Studyaya dedim ki, ya bir-iki günə yeni aranjiman edirik, ya da dostlarla sağollaşacam”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Manana deyib. O, iyulun 26-da “Jara” festivalındakı çıxışından danışıb. Manana bildirib ki, artıq mahnısı, geyimləri hazırdır.

İfaçı “Hər zaman maqazin proqramlarında geyimləriniz tənqid edilir. Bu dəfə fərqli nəsə edib, geyimlə təəccübləndirəcəksiniz” sualına belə cavab verib:

“Çox gözəl bir geyim hazırlamışam. Bir atelye ilə çalışdım, əvvəl başladılar mənə açıq-saçıq geyimlər göstərməyə. Dedim ki, dayanın, mən Mananayam. Çərçivədən çıxmayaq. Kənardan geyimlərimlə bağlı danışılan dedi-qodular maraqlı deyil. Kiminsə fikrini soruşuramsa, önəmlidir. Hər şeyi açım göstərim olmaz. Manana dəli olmayıb ki, özünü açsın töksün, açıq-saçıq geyinsin. Rəhmətə gedən qardaşım məndən 9 il böyük idi. Deyirdi ki, çalış, insanlar üçün sevimli müğənni ol. Ulduz olmağa çalışma. Mən özümü ulduz hesab etmirəm, sevimli müğənni olum bəsdir”.

Manana müğənni Lətifə Soyuözün onun haqqında dediyi “Ulduzu sönüb” ifadəsinə münasibət bildirib:

“Hansı ulduzu? Mən ulduz yox, müğənniyəm. Yaxın günlərdə hamı məni başqa formatda görəcək. Mən piara az fikir verirdim, köhnə zamanda qalmışam. İndi görürəm ki, efir, radio yox, saytlar və sosial şəbəkə aktivdir. Önəmli olan bunlardır. Mən də xarici bir şirkətlə əlaqə saxladım və işbirliyinə başladım. Yaxınlarda hər şeyi görəcəksiniz”.

pia.az


Etiket: Müğənni

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

Ən çox oxunanalar