Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tərbiyəçi uşağı döydüyünə görə çox peşmandır”


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi ilə görüşüb


Komitə sədri Tural Hüseynov APA-ya bildirib ki, bu gün komitənin sədr müavini Elçin Şirinov və ekspert Qartal Hüseynovla birgə Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Hüquq müdafiəçiləri orada uşaq zorakılığına görə tutulmuş Füruzə Tağıyeva ilə görüşüblər: "Füruzə Tağıyeva saxlanmadan və ona qarşı rəftardan heç bir şikayət etmədi. Lakin açıq-aşkar hiss olunurdu ki, stressdədir və bu hadisəyə görə saxlanılmasını qəbul edə bilmir".

T. Hüseynov, həmçinin F. Tağıyevanın törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini qeyd edib: "Füruzə Tağıyeva bildirdi ki, uşağı döyməyib. Sadəcə, həmin uşaq nadinc olduğundan onu tənbeh edib və danlayıb. O, bu hərəkətindən də çox peşman olduğunu bildirdi. Qeyd etdi ki, özü də iki azyaşlı uşaq anasıdır və bu günə qədər çalışdığı tərbiyə müəssisələrində heç vaxt uşaqlara qarşı zorakılığa yol verməyib".

Qeyd edək ki, F.Tağıyeva Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi"ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və F. Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Bellinqem Slovakiyaya qol vurduqdan sonra nalayiq jest edib

Ən çox oxunanalar