Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosmosda şəffaf qalaktika kəşf olunub


Astronomlar ilk dəfə qara materiyasız, işıq və enerjini əks etdirən qalaktika kəşf ediblər


Alimlər hesab edirlər ki, yeni qalaktika Yer planetinin də daxil olduğu Süd yolu qalaktikasının yerləşdiyi fəza sisteminin fundamental hissəsidir. Bildirilir ki, “NGC1052-DF2” yeni qalaktika kosmosda ulduz sisteminin formalaşmasını anlamaq üçün inqilab kimi qəbul oluna bilər. Yel Universitetinin astronomu Peter van Dokkum “Nature” jurnalında dərc olunan məqaləsində qeyd edib ki, bu kəşf alimlərin qara materiyasız qalaktikanın olmaması barədə fərziyyələrini alt-üst edəcək. Astronom qeyd edib ki, yeni qalaktika Yer planetindən 65 milyon işıq ili uzaqda yerləşir və qaz kütləsi olmayan parlaq ulduzlar toplusu şəklində görünür. Süd yolu qalaktikası ilə eyni ölçüdə olmasına rəğmən, “NGC1052-DF2”də ulduzların sayı 250 dəfə azdır. Belə ki, bizim Kəhkəşanda 100 milyard, yeni qalaktikada isə 400 milyon ulduz var.

Görünməz olan qara materiya qalaktikaların müxtəlif maddələr və enerjinin sintezindən ibarət olan kütləsinin dörddəbirini təşkil edir, lakin bu materiyanın yalnız 80 faizi öyrənilib. Alimlərin fikrincə, qravitasiya təsirinə görə qara materiyanın görünməsi mümkün deyil.

Astronomlar yeni qalaktikanın əlamətlərini ABŞ-ın Nyu-Meksiko ştatındakı nəhəng teleskop sistemi ilə müşahidə ediblər. Onlar parıldayan şəfəq kimi görünən “NGC1052-DF2”in formasını müəyyən edə bilməsələr də, onun daxilində baş verən, qazları və qara materiyanı kənarlaşdıran kataklizmlər haqqında fərziyyələrə malikdirlər. (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar