Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bombardirlə lider arasında 180 minlik fərq


İngiltərə çempionatının ən yüksək ödənişli futbolçularının adları açıqlanıb


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, "Daily Mail" nəşrinin tərtib etdiyi siyahıya "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba başçılıq edir.

Fransalının həftəlik məvacibi 290 min funt-sterlinqə bərabərdi. İkinci pillədə "mankunianlar"ın digər üzvü Romelu Lukaku qərarlaşıb - 250 min funt-sterlinq.

Üçüncü yeri isə həftədə 220 min funt-sterlinq maaş alan 3 futbolçu - Zlatan İbrahimoviç ("Mançester Yunayted"), Serxio Aquero və Yaya Ture (hər ikisi "Mançester Siti") bölüşür.

Aleksis Sançesin "Arsenal"dakı maaşı 130 min, Ueyn Runinin "Everton"dakı məvacibi isə 115 min funt-sterlinqdi. "15-lik"dən kənarda qalan futbolçuların sırasında Harri Keyn də var. 2017-ci ilin ən məhsuldar oyunçusu "Tottenhem"də həftədə 110 min funt-sterlinq alır. Bu isə o deməkdi ki, siyahıya başçılıq edən Poqba ilə onun arasında 180 minlik fərq var. 

Siyahıdan məlum olur ki, Premyer Liqada futbolçularına ən yüksək məvacib verən klublar Mançester təmsilçiləridi.

1. Pol Poqba ("Mançester Yunayted") - 290 min funt-sterlinq
2. Romelu Lukaku ("Mançester Yunayted") - 250 min funt-sterlinq
3-5. Zlatan İbrahimoviç ("Mançester Yunayted") - 220 min funt-sterlinq
3-5. Serxio Aquero ("Mançester Siti") - 220 min funt-sterlinq
3-5. Yaya Ture ("Mançester Siti") - 220 min funt-sterlinq  
6-8. Kevin de Bruyne ("Mançester Siti") - 200 min funt-sterlinq
6-8. David de Xea ("Mançester Yunayted") - 200 min funt-sterlinq
6-8. Eden Azar ("Çelsi") - 200 min funt-sterlinq
9-10. Vircil van Diyk ("Liverpul") - 180 min funt-sterlinq
9-10. Filipp Koutinyo ("Liverpul") - 180 min funt-sterlinq
11. Aleksandr Lyakazett ("Arsenal") - 170 min funt-sterlinq
12. David Silva ("Mançester Siti") - 160 min funt-sterlinq
13-15. Sesk Fabreqas ("Çelsi") - 150 min funt-sterlinq
13-15. Alvaro Morata ("Çelsi") - 150 min funt-sterlinq
13-15. Daniel Starric ("Liverpul") - 150 min funt-sterlinq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Ən çox oxunanalar