Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni politoloq: “Çin Azərbaycan-Gürcüstan-Türkiyə üzərindən Avropaya çıxır”



Sərkis Saturyan

regnum.ru, 24.07.2017


Bakı-Tiflis-Qars dəmiryolunun inşası başa çatıb. Gürcüstan iqtisadiyyat naziri Giorgi Qaxariya və Türkiyə nəqliyyat naziri Əhməd Arslan bu il iyulun 19-da bunu əməldə qiymətləndirmək üçün ilk sınaq qatarında transsərhəd marşrutu üzrə yola düşüblər. İngilisdilli Аgenda.ge nəşrinin sitat gətirdiyi Qaxariya bildirib: “Təkcə Gürcüstan, Türkiyə və Azərbaycana deyil, həm də bölgənin başqa ölkələrinə yeni perspektivlər açan Bakı-Tiflis-Qars dəmiryolundan böyük gözləntilərimiz var. Ümid edirəm ki, bu mühüm layihə ən yaxın vaxtlarda işə düşəcək”.

Türkiyə naziri də nikbin köklənib. Arslan qeyd edib: “Bu, tarixi layihədir. Və biz birlikdə bu tarixi faktın – yeni dəmiryol şaxəsi üzrə ilk qatarın yola salınmasının tərkib hissələriyik. Layihə hər üç ölkə üçün çox önəmlidir, onun sayəsində iqtisadi və mədəni təmasları inkişaf etdirəcəyik” və əlavə edib ki, “dəmiryolu ilk dövrlərdə ancaq Türkiyə, Gürcüstan və Azərbaycana aid idi, amma indi Qazaxıstan və Türkmənistan da bu layihəyə qoşulur”.

Maraqlı dönüşdür, elə deyilmi?

Diqqətçəkəndir ki, bu il iyulun 19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan diplomatik idarə başçılarının üçtərəfli görüşü olub və "Daily Sabah” xəbər verir ki, Çavuşoğlu “servis xidmətinə 2017-ci ilin payızından başlayacaq Bakı-Tiflis-Qars dəmiryolunun test-drayvının” başlandığı haqda görüşdə rəsmən bildirib. Ankara ÇXR-dən AB ölkələrinə Orta Şərq nəqliyyat dəhlizi çərçivəsində liderliyi öz adına bağlamağa tələsir. Ancaq burası da var ki, təkcə Ankara deyil, yeni osmançılıq layihəsi üzrə “kiçik tərəfdaşı” Azərbaycan da. “Azərbaycan Dəmiryolları”nın başçısı Cavid Qurbanovun dəyərləndirdiyinə görə, şaxə üzrə gözlənilən yük həcmi ildə 2 milyon tondur. Məmur ümid edir ki, “gələcəkdə isə Bakı-Tiflis-Qars dəmiryolu üzrə Çin və Qazaxıstandan daşımalar 500 min konteynerədək artmalıdır”.

Bakı özünə bölgəsəl nəqliyyat habı (ingiliscədən “qovşaq”-tərc.) rolunu ölçüb-biçir: “Diplomat” yapon nəşrininn məlumatına görə, bu ilin yanvarından aprelinə qədər Bakı beynəlxalq aeroprtu üzərindən qeyri-neft mallarının daşınmasında 35-ci artım qeydə alınıb. Bu ilin martından Bakı üzərindən ümumi yük axını artımı isə 26,1% təşkil edib.

Ədalət naminə xatırladaq ki, Orta Asiya respublikaları layihədə Transxəzər beynəlxalq nəqliyyat marşrutundan istifadə imkanı görür. Buna misal Qazaxıstanın Kurık limanındakı (Manqistau vilayəti) bərə terminalına Özbəkistanın marağıdır. “Astana Times” qəzeti dəqiqləşdirir ki, liman 2017-ci ilin əvvəlindən iyula qədər ümumi yükü 400 min ton olan 93 gəmi qəbul edib. 2016-cı ilin dekabrında açılmış Kurık limanı ildə 5,1 milyon tona qədər yükü işləməyə qabildir. Belə ki vaxt keçdikcə ona daha çox diqqət yetiriləcək. Həm də Kurıkdan yolun 18 saat təşkil etdiyi ancaq Bakı tərəfindən deyil. Rumıniya, Bolqarıstan və Ukraynanın liman şəhərləri qarşıdakı “yaşayış bayramı”na yetməyə  tələsir.

Layihənin Çinsiz iqtisadi məqsədəuyğunluğu yoxdur, çünki 2017-ci ilin birinci yarısında Azərbaycanla Türkiyə arasında mal dövriyyəsi cəmi 1,2 milyard $, Azərbaycanla Gürcüstan arasında isə 270,35 milyon $ təşkil edib. Bakı-Tiflis-Qars qanadı Pekin üçün yalnız Avropa Birliyinə tranzit baxımından maraqlıdır, bundan artıq deyil. Çinlilər buna görə də bu ilin mayında azad ticarət zonası haqda Gürcüstanla – əsas xarici ticarət tərəfdaşlarından birinə çevrilmiş Cənub Qafqaz respublikası ilə  müqavilə bağlayıblar. Deməli, 2016-cı ilin yekunları üzrə ÇXR ilə Gürcüstan arasında mal dövriyyəsi 412,2 milyon $ təşkil edib ki, bu da Tiflisin xarici ticarət kontragentləri siyahısında ona üçüncü yeri ayırır (Türkiyə 731,67 milyon $-la birinci, Rusiya 512,27 milyon $-la ikinci yerdədir).

Rusiyanın cənub hüdudlarında yeni geopolitik gerçəklik yaradılır. Sovet İttifaqının dağılmasından bəri ilk dəfə Moskvanın və hətta Vaşinqtonun deyil, Pekinin patronajlığı altında formalaşır. Çinin maraqları üzdədir – 2016-cı ilin yekunlarına görə, Səmalar ölkəsinin AB-nin 28 üzv ölkəsi ilə mal dövriyyəsi 514, 779 milyard avro təşkil edib – bunun 344,642 milyardı Çindən Köhnə Dünyaya ixracatdır. ÇXR-ə Avropa ixracatına gəlincə, bu, 170,136 milyard avro təşkil edir. Yəni Çindən iki konteynerə Avropa Birliyindən əks istiqamətə gedən yalnız bir konteyner düşür. Brüssel AB ölkələrindən 362,043 milyard avroluq idxalat payı düşən Birləşmiş Ştatlarla ticari münasibətlərdə üstünlük təşkil etməyə alışıb (Amerika AB-dən 246,774 milyard avroluq idxalat edir). Lakin Çin tam başqa məsələdir.

Bundan sonra dünya ticarətinin “yelkən”ini Qərbdən deyil, Şərqdən əsən külək dolduracaq, bu isə Pekini Qərbi Avriopa ölkələrinə quru və dəniz “İpək Yolu” salmağa məcbur edir. Təsadüfi deyil ki, Ziqmar Qabriel Berlin və Brüsseli “proteksionizmə meyllənən” Vaşinqtona deyil, Pekinə sarı baxmağa çağırır. Qərb dövlətlərinin Çinlə iki Tiryək müharibəsində qələbəsi və XIX əsrdə Hindistanın tam şəkildə müstəmləkələşdirilməsinin nəticəsi olan Avropa mərkəzçiliyi, bununla yanaşı iki dünya müharibəsinin Britaniya xarabalıqları üzərində yaradılmış Amerika mərkəzçiliyi keçmişə gedir. Lakin bu o demək deyil ki, Qərb mübadilə şaxələri üzərində nəzarəti itirib. Əksinə: təkcə Brexit-ə deyil, Pekin-London “İpək Yolu”nun hər bir hissəsində azad ticarət zonasına ehtiyacı olan Böyük Britaniya ilə ÇXR-in maliyyə ittifaqının şahidi oluruq.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır

Maqnit qasırğaları zamanı edilən səhvlər sadalandı

Ən çox oxunanalar