Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ərzaq asılılığını azaldır


Məhsulların təftişi prosedurlarının Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılmasına ehtiyac var


Bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir. 

Sənəddə qeyd olunur ki, əsas məqamlardan biri ixrac-idxal əməliyyatları zamanı məhsulların təftiş edilməsi mexanizmlərinin təkmilləşdirilməsidir. Bildirilir ki, qida təhlükəsizliyi sistemində koordinasiya və strateji planlaşdırma işlərinin də intensivləşdirilməsi diqqət mərkəzində saxlanılacaq.

Bundan başqa bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə Azərbaycanın real ÜDM-i 1,235 mlrd. manat artacaq. Sənəddə vurğulanıb ki, burada birbaşa təsirin təxminən 575 mln. manat, dolayı təsirin isə 660 mln. manat olacağı gözlənilir. Bundan başqa, ölkənin regionları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan
tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf
indikatorları müəyyən edilib:

● ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;
● pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;
● barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə
artması;
● 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə
25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;
● əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;
● inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin
hazırlanması;
● istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;
● istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə
qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən minneral gübrələrdən
istifadənin 25 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən
istifadəsinin 25 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də
tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla,
eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz
artması;
● bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alanların
sayının 20 faiz artması;
● özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;
● paytaxtda və iri şəhərlərdə 5 "yaşıl market"in və 50 “fermer mağazası”nın
qurulması;
● 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin
ixtisaslaşması;
● suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar