Məşhur aparıcı Acun Ilıcalı verilişlərində iştirak etmiş 2 nəfərin FETÖ terror təşkilatının üzvü çıxmasına görə jurnalist Ahmet Hakan tərəfindən tənqid olunmuşdu
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun haqqında deyilənlərə cavab verərək A.Hakanı fitnəkar adlandırmışdı.
“Millətimiz bizi də, iftira atanları da tanıyır, bilir. O çirkin “Palçıq at, izi qalsın” üsulunun alınması mümkün deyil. Dahiyanə araşdırmaçı “Darbe” gecəsinə qədər FETÖ-ya dəstək olan köşə yazarlarını da araşdırsa, özünü də orada tapacaq”.
A.Hakan da öz növbəsində Acuna sərt cavab verib:
“Hazırladığın yarışmalarda FETÖ səsləri ilə birinci seçilən adamın vəziyyəti ortadadır. Tutulub.
Sadəcə “nə iş” dedik, “baxılsın” dedik. Bütün pisliyini atmısan üstümə. Haqqımda “Fitnəkar”, “FETÖ qarayaxmalarının ardınca gedən”, “kirli keçmişə sahib” demisən. Niyə ləkə yaxırsan? Xeyir ola? Niyə belə təlaş keçirirsən?”.
pia.az