Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici investorlar niyə Azərbaycandan yan keçir?


Cebhe.info xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Dünya Azərbaycanlılarının IV qurultayında xaricdə yaşayan zəngin azərbaycanlıları ölkəyə sərmayə qoymağa çağırışlara münasibət bildirib


Cəfərli hesab edir ki, hər hansı bir ölkəyə sərmayə qoymadan öncə işadamı ilk olaraqi iki məsələni öyrənir: “Birinci, siyasi risklər, ikinci isə məhkəmə sistemi və mülkiyyət toxunulmazlığıdır. Hər iki məsələdə önəmli olan indikatorlar var:

1) Beynəlxalq reytinq agentliklərinin rəyi,
2) Ölkənin beynəlxalq imici,
3) Ölkənin beynəlxalq təşkilatlarda üzvlüyü,
4) İş adamları ilə bağlı qalmaqallı işlər.

Gəlin bu indikatorlar üzrə ölkənin vəziyyətinə baxaq:

1) Son 2 ildə bütün nüfuzlu beynəlxaq reytinq agentlikləri (Moody`s, Standard & Poor`s, Fitch) ölkənin reytinqini aşağı salıb, yatırım üçün riskli ölkələrin siyahasına daxil edib, ciddi idarəçilik və sistem problemləri olduğunu yazıb,

2) Ölkənin imici son illərdə bərbad gündədir, siyasi həbslər, civil topluma və mediaya olan basqılar, dünyanın nüfuzlu media orqanlarında az qala hər gün ölkə haqqında neqativ, amma həqiqətə uyğun informasiyalar gedir,

3) Azərbaycan artıq 18 ildir ki, güya, ÜTT (Ümumdünya Ticarət Təşkilatı) üzv olmaq üçün danışıqlar aparır, əslində bütün səylər ona hesablanıb ki, üzv olmayaq. Səbəbi də bəllidir: ÜTT üzvlüyü gömrükdə, vergilərdə bəlli sivil oyun qaldalarının tədbiqini, beynəlxalq iqtisad məhkəmələrinin tanınmasını tələb edir, bu isə hökumətə sərf etmir,

4) Ölkəmizdə paolo Pərviz, Hüseyn Arabul kimi iş adamlarının başlarına gələn oyunları bütün dünya bilir, bundan başqa az bilinən, ya bilinməyən yüzlərlə bənzər işlər var. İnterpol xətti ilə dünyada ən çox iş adamlarını axtarışa verən ölkələrdən biri Azərbaycandır.

Son aylar 7000 işadamının hüquq-mühafizə orqanları tərəfindən “ət çəkən maşından” keçirilməsi də hamıya məlumdur,

5) Məhkəmə sistemi bərbaddır, söhbət tək siyasi işlərdən getmir, bütün məhkəmə işlərində ədalət ya yoxdur, ya da pulla alınır.
Bundan başqa hökumət anlamır ki, əgər siyasi rəqiblərin cibinə 1 kq narkotik qoyulması praktikası varsa, bu mümkündürsə, kim təminat verə bilər ki, həmin narkotik iş adamının da cibindən çıxmayacaq və onun bütün mülkiyyəti əlindən alınandan sonra iş bağlanmayacaq? Bir dəfə yazmışam, bir daha deyim: Mark Facebook-u Azərbaycanda yaratsaydı, qazandığı ilk milyondan sonra hər hansı bir məmur biznesini onun əlindən rahatca, özü də “qanuni” məhkəmə qərarı ilə almışdı,

6) Mülkiyyət toxunulmazlığı iqtisadi sabitliyin təməlidir, investisiyaların cəlb edilməsinin əlifbasıdır. Azərbaycanda son illər insanların mülkiyyət hüququ hər addımda pozulub, Avropa Məhkəməsi mülkiyyət hüququnun pozulmasına dair işlərlə doludur, belə bir vəziyyətdə hansı investor Azərbaycana sərmayə qoyar, burada işləmək istəyər?”

İqtisadçı qeyd edib ki, hökumət nufuzlu beynəlxalq qurumların və media orqanlarının yüzmilyonlara çatan tənqidinə AzTV-də cavab verərək öz işini bitmiş hiss edir, anlamır ki, iqtisadiyyatın, sərmayə cəlb olunmasını hesabı-kitabı, qaydaları var. Bunun yolu sistem islahatlarından və ədalətli məhkəmə siatemindən keçir.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır  

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Ən çox oxunanalar