Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arxipelaq QULAQ


Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması müsbət hadisədir. Ən çox da qısa adının yazılışına görə. Necə romantik səslənir: MİDA. Adam 50 il kirayədə qala bilər, təki mənzil gözlədiyi yerin adı belənçik olsun


Başqa yöndən, bu idarənin adının məhz “prezident yanında” önlüyü ilə (artikli ilə yazım, qoy desinlər kəllədir) qoyulması məncə artıqdır. Onsuz konstitusiyamıza əsasən biz qanuni şəkildə avtoritar quruluşlu dövlətik. Yanılmıramsa, təkcə ana qanunda prezidentə azı 32 böyük səlahiyyət verilir. Qanunverici, məhkəmə orqanları oyuncaq kimi bir şeylərdir. 

O üzdən, hər dəfə nəsə dövlət qurumu yaradılanda onun adında xüsusi olaraq prezidenti vurğulamaq yersizdir. Bəlkə camaata daha xüsusi təsir eləsin, daha effektli olsun deyə belə edirlər - deyə bilmərəm. Yeri gəlmişkən, bizdə belə təşviqat üsulu şəhid ailələrinə verilən təqaüddə görünür. Pul dövlət büdcəsindən ayrılır, ancaq təqaüdün adı “prezident təqaüdü” qoyulub. Elə bil bunu dövlət başçısı şəxsən cibindən verir. 

Sözgəlişi, bu dəqiqə hamı təkcə öz funksiyası ilə kifayətlənmir, daha geniş sferaları əhatə etməyə, xariqələr yaratmağa çalışır. Bu günlərdə jurnalistlərin prezidentin verdiyi evin həyətində palatka qurub şəhidlərə ehsan verməsi də bu qəbildəndir. Məclisi isə baş axundumuz Əflatun müəllim şəxsən aparmışdır. Dünyada analoqu olmayan işdir ki, jurnalist qəzet qayırmaq yerinə ehsan verir. Yəqin ki, yaxın gələcəkdə KİVDF xətti ilə mürdəşir salonları, qəbirqazma sexləri açmaq üzərində də geniş iş gedəcəkdir. Mərmər başdaşı işi də perspektivlidir.   

Qabaqkı, sovetdənqalma adlara baxanda MİDA çox yaxşıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adına diqqət edin. Qısaltması əcaib alınırdı, hətta adam yazmağa utanır. Yaxud, Tələbə Qəbulu Dövlət Komitəsi də eyni gündə ləğv olundu, bunun yerinə Dövlət İmtahan Mərkəzi düzəldildi. Öz aramızdır, TQDK hara, DİM hara... DİM çox diləyatımlı addır: “Məktəbi bitirDİM”, “Universitetə girDİM” - sanki nəyinsə yekununu bildirir. TQDK adı xüsusilə atəşkəs dövrünə uyğun gəlmirdi, bunu səsləndirəndə elə bil avtomatdan atəş açırdın. Gərək Medvedev hər imtahanda Bakıya gələydi.  

Ümumiyyətlə, son illərin necə deyərlər, trendinə baxanda idarə adlarımızda bir yüksəliş hiss olunmaqdadır. İlk olaraq biz ASAN-xidmət idarəsinin ismi-şərifini qeyd etməyə borcluyuq. Əsas adlardır, işin adını düzgün qoysan, dalı da yaxşı gedir. Zarafat məsələ deyil, onomastika - adlar haqda ciddi yanaşma tələb edir. Misal üçün, SSRİ vaxtında bizdə Sovet İttifaqı Kommunist Partiyasının qısa adını Sov.İKP yazırdılar. Elə bilirsiniz bunu kefdən eləyirdilər? Ay hay... Oruel və Bulqakov SSRİ-nin kəşf elədiyi qısaltma adlara sözün əsl mənasında həsəd apara bilərdilər. OBXSS, VLKSM, KGB, Qosstrax, Sberbank, raykom, partkom... Bunlar hamısı tarixdə öz izini qoymuşdur. Yadıma gəlir, bizim sovet uşaqlığımızın öz abrreviatura folkloru da vardı. VLKSM - Vallah Leninin Kəlləsi Sümükdən Möhkəm-dir idi. “Kommunist” qəzetinin adını belə oxuyurduq: Köpəy Oğlu Mürsəl Müəllim Uşaqları Niyə İncidirsən Səni Tutarlar. Bunu kim düzüb-qoşmuşdu ilk dəfə, onunla şəxsən tanış olmaq, nə yeyib-içdiyini öyrənmək istəyərdim. Gec də olsa. 

Adını qoyandan sonra bu MİDA, DİM və ASAN-lar çox yaxşı işlər görəcəkdir. Bax, neçə aydır Ədliyyə Nazirliyinin Penisentiar Xidməti rəissiz qalıbdır. (Mədət müəllim MTN-in yerində düzəldilən DTX-yə şef gedib, hərçənd bunun adı MİDA qədər romantik deyil). Səbəb sadədir: idarənin adı köhnəlmişdir, arxaikdir. Yəqin ƏNPX-nin yerində Prezident yanında Arxipelaq QULAQ idarəsi yaradılandan sonra həm rəis tapılacaq, həm işlər qaydasına düşəcək, günaşırı dustaqlar ölməyəcəkdir. Həftədə biri ölsə bəsdir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar