Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“New York Times”:“Türklər Xaşuqci cinayəti ilə bağlı dəlilləri amerikalılara vermək istəmirdi”

“Audio yazıların Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) üçün real əhəmiyyətli olması üçün Türkiyə tərəfi bütün nüsxələri təqdim edib. Beləliklə, Amerika kəşfiyyatçıları texniki təhlilləri həyata keçirə və onların orijinallığını təyin edə bilərlər. Ancaq hətta bu halda da həmin qeydlər Xaşuqci cinayətində başlıca siyasi məsələyə dair əhəmiyyət daşımayacaq: Səudiyyə varis şahzadəsinin qətllə əlaqəsi varmı?”

“New York Times” qəzeti bugünkü sayında MİT-in CIA rəhbəri Cina Haspelə təqdim etdiyi dəlillərə toxunub.

Qəzet Ərdoğana yaxın olan iki şəxsə istinadla türk kəşfiyyat idarəsinin Xaşuqci işi ilə bağlı sübutları Ağ Evlə əvvəlcə bölüşmək istəmədiyini iddia edib. “Onlar Tramp administrasiyasının Səudiyyə Ərəbistanına kömək edə biləcəyindən, bəlkə də bu məlumatların şahzadə Məhəmmədə çatdırılacağından qorxurdu”.

Bir vaxtlar Türkiyədə çalışmış və hazırda “Crumpton Group” analitik şirkətinin icraçı direktoru Ted Troy deyib: “Türklər, ehtimal ki, özləri CIA direktorunu Ankaraya dəvət edib və ona materialları göstəriblər”.

Cina Haspel türkcə sərbəst danışır və əvvəllər CIA əməkdaşı kimi Türkiyə kəşfiyyat xidməti ilə sıx əməkdaşlıq edib.

CIA-nın digər sabiq əməkdaşı, hazırda Brukinqs İnstitutunda elmi işçi olan Bryus Ridel “New York Times” qəzetinə bildirib: “Ərdoğan amerikalılarla pişik siçanla oynadığı kimi davranır”.(strateq.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Ən çox oxunanalar