Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

New York Times: Dövlət çevrilişi zamanı Soltsu öldürəcəkdilər...

Almaniyada dövlət çevrilişin təşkilatçıları kansleri Olaf Şoltsun öldürülməsini planlaşdırıblar…

PİA.az xəbər verir ki, bu barədə The New York Times öz mənbələrinə istinadən məlumat yayıb.

Aparılan axtarışlar zamanı polislər sui-qəsdçilərin məxfi planlarını aşkar edib. Polisin əldə etdiyi yüzdən çox sənəd var ki, sui-qəsdçilər bu planların gizli saxlanılması ilə bağlı and içiblər. Sui-qəsdçilər tərəfindən hazırlanan gizli planlarda Almaniya parlamentinə hücum edərək Budestaqı ələ keçirmək və kansleri öldürmək planları da olub.

Bundan əlavə, axtaış zamanı 40 odlu silah aşkar edilib və güman ki, gizli anbarlarda saxlanılan, hələ də tapılmayan digər silahlar üçün minlərlə patron da ələ keçirilib. İndiyədək polis Almaniyada dövlət çevrilişi planlayan dəstənin 23 üzvünü həbs edib, daha 31 nəfəri araşdırır.

Qeyd edək ki, dekabrın 7-də Almaniya polisi dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən dəstənin saxlanıldığını bildirib. Almaniya Baş Prokurorluğunun məlumatına görə, saxlanılanlar arasında Rusiya vətəndaşı olan qadın da var. Bundan başqa, İtaliya və Avstriyada dövlət çevrilişinə hazırlıq işi çərçivəsində saxlanılan daha iki alman barəsində ekstradisiya prosesi başlayıb.

Dekabrın 7-də keçirilən əməliyyat Almaniya hüquq-mühafizə orqanları tərəfindən sağçı ekstremistlərə qarşı ölkədə ən iri əməliyyatlardan birini keçirildiyi bildirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar