Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Nəsimi rayonunda 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi çərçivəsində COP29-a həsr edilmiş ağacəkmə aksiyası keçirilib...

Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatı, Nəsimi rayon İcra Hakimiyyəti və “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti 2024-cü il 16 mart tarixində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilmiş ağacəkmə aksiyası keçirib.

Aksiya Nəsimi rayonunda yerləşən Zorge bağında təşkil olunub. 100-dən çox əməkdaşın iştirakı ilə sözügedən ərazidə təbii sərvətlərimizi qorumaq məqsədilə 300 ədəd “pramidal sərv” ağac növündən olan ağaclar əkilib. Yeni əkilmiş ağaclar suvarılıb və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülüb.

Həmçinin tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.

2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi çərçivəsində bu kimi tədbirlər uğurla davam etdiriləcəkdir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar