Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərimanov rayonunda xüsusi karantin rejimi ilə bağlı sosial layihələr davam etdirilir - Foto

Koronavirus (Covid-19) infeksiyasının dünya üzrə elan olunmuş pandemiya dövrü ərzində Respublika əhalisinin maddi-rifah və məşğulluq vəziyyətinin aşağı düşməsinə yol verilməməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə bir çox tədbirlər görülməkdədir...

PİA.az xəbər verir ki, geniş tərzdə həyata keçirilən sosial yönümlü tədbirlərin tərkib hissəsi olaraq yaradılmış ödənişli ictimai işlərə Nərimanov rayonunda da maraq yüksəkdir. Belə ki, 1000-ə yaxın sakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə yaradılan ictimai iş yerləri ilə təmin olunmaq üçün Nərimanov rayon Məşğulluq Mərkəzinə müraciət etmiş, bunlardan 514 nəfər işsiz vətəndş aylıq məvacibləri ödənilməklə ictimai işlərə cəlb olunub. İşə götürülmüş şəxslər əsasən rayon ərazisində mövsümi abadlıq, yaşıllaşdırma və ümumi təmizlik işləri ilə məşğuldurlar. Həmçinin rayonda aktiv aparılan dezinfeksiya işlərinə və aztəminatlı ailələrə ərzaq yardımının paylanmasına da cəlb olunublar.

Onu da qeyd edək ki, karantin rejimində bu günə qədər rayonun aztəminatlı ailələrinə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, rayon İcra Hakimiyyətinin birbaşa dəstəyi və təşkilatçılığı ilə 5000-ə qədər bu kimi ərzaq yardımları ünvanlarına çatdırılıb.

Bütün bu işlər Ölkə rəhbərliyinin, müxtəlif dövlət strukturlarının insanlara real diqqəti və qayğısı nümunəsi olaraq, sakinlərimizdə böyük məmnunluq və minnətdarlıq hissi oyadıb.

Karantin rejimi dövründə iş yerlərini itirmiş sakinlər ödənişli ictimai işlərə cəlb olunmaları üçün İcra Hakimiyyətinin qaynar xətti ilə (1643) əlaqə saxlaya bilərlər.

Fotolar

pia.az


Etiket: Nərimanov RİH

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Ən çox oxunanalar